Kubada yanacaq böhranı böyüyür - Beynəlxalq aviaşirkətlərə benzin verilməyəcək

img

10-02-2026 [09:49]


ABŞ-ın yanacaq tədarükünə qadağa qoyduğu Kubada böhranlı vəziyyət yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Venesueladan sonra Kubanı da blokadaya alan və hər hansı bir formada neft-yanaacq məhsullarının tədarükünü bloklayan ABŞ-ın bu davranışı qısa zamanda ölkədə gərgin anlar yaradıb.

Məlumata görə, yanacaq çatışmazlığı səbəbindən bir çox ictimai-iaşə, xəstəxanalar və digər müxtəlif sahələrdə axsamalar günü gündən artıb.

Kuba hökuməti isə yanacaq sərfiyyatını daha qənaətli işlətmək üçün beynəlxalq aviaşirkətlərlə bağlı yeni qərar qəbul edib: "Qərara əsasən, Kubaya uşan heç bir xarici aviaşirkətə məxsus təyyarəyə yanacaq depolamağa icazə verilməyəcək".

Xəbərdə deyilir ki, bu vəziyyət uzun məsafəli uçuşlar həyata keçirən təyyarələri yanacaq doldurmaq üçün digər ölkələrə enməyə məcbur edəcək. Bəzi beynəlxalq aviaşirkətlər isə artıq Kubaya uçuşlarını dayandırmaq qərarı veriblər.

Baş nazirin müavini Oskar Perez-Oliva dövlət televiziyasında bildirib ki, görülən tədbirlər qida və elektrik enerjisi istehsalının davamlılığını təmin etmək və valyuta qazandıran iqtisadi fəaliyyətləri qorumaq məqsədiylə atılıb: "Yanacaq qıtlığı ölkədə bəzi mal və xidmətlərin qiymətlərinin artmasına da səbəb olub. Taksi qiymətlərində, xüsusən də ərzaq qiymətlərində əhəmiyyətli artımlar  var. Bütün bunlar ABŞ-ın ölkəmizə qarşı qanunsuz davranışından irəli gəlir". 

Xatırladaq ki, Kuba prezidenti Migel Diaz-Kanel bir neçə gün əvəvl ABŞ-la danışıqlara hazır olduğunu açıqlayıb.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA