Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq

img

09-02-2026 [17:36]


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə fevralın 10-da güclü külək əsəcək.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Xızı, Qusar, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA