09-02-2016 [17:04]
Milli Televiziya və Radio Şurası (MTRŞ) 26 fakt üzrə ANS ÇM-lə bağlı qəbul etdiyi qərarlara yenidən baxıb.
MTRŞ-in Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında deyib ki, Səbail Rayon Məhkəməsindən MTRŞ-ə qaytarılan işlə bağlı qərar qəbul edilib.
O bildirib ki, Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən inzibati xətalara dair işə baxılıb və müvafiq cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub: "Yəni əvvəlki qərarlar qüvvədə saxlanılıb”.
Aparat rəhbərinin sözlərinə görə, Səbail Rayon Məhkəməsi prossesual qaydaya müvafiq olaraq belə hesab edib ki, MTRŞ kollegial orqan kimi bu işə baxa bilməz: "Məhkəmə belə əsas gətirmişdi ki, işə Şura sədri tək başına baxmalıdır. Faktla bağlı mübahisə yox idi. Əsas irad bu idi. Buna uyğun olaraq da köhnə qərar ləğv edilib. Şura sədri tərəfindən tək başına işə baxılıb və cərimələr olduğu kimi qüvvədə saxlanılıb. Qeyd edim ki, Şura Televiziya və Radio yayımı haqqında Qanuna və əsasnaməyə əsaslanaraq qərar qəbul etmişdi”.
T. Məmmədov qeyd edib ki, oktyabrda qəbul edilən qərarlar da Apellyasiya Məhkəməsindən Səbail Rayon Məhkəməsinə qaytarılıb: "Hələlik həmin işə baxılmayıb”.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-a şikayətlərinə baxılıb. Məhkəmə şikayətlər üzrə qərar qəbul edib. Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. MTRŞ "ANS ÇM” radiosunun inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə 26 qərar qəbul edib. Həmin qərarlardan şirkət tərəfindən şikayət verilərək onların ləğv edilməsi istənilib.
Onu da qeyd edək ki, "ANS ÇM” radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimə edib.
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"