05-02-2016 [17:20]
Bu gün Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin (1918-1982) anadan olmasının 98-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mia.az xəbər verir ki, mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları dahi musiqiçinin məzarı önünə çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad ediblər.
Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın Azərbaycanın zəngin musiqi tarixində tutduğu mövqedən söz açıb. Bildirib ki, Qara Qarayevin möhtəşəm əsərlərinin və onun tələbələrinin sorağı dünyanın müxtəlif ölkələrindən gəlir: "Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahi bəstəkarların tələbəsi olan Qara Qarayev bu sahədə özünün məktəbini formalaşdıraraq Azərbaycanda böyük bir bəstəkarlar nəslinin yetişməsinə səbəb olub. Onun yazdığı əsərlər bu gün də dünyanın böyük musiqi salonlarında səslənir və alqışlar qazanır”.
Firəngiz Əlizadə həmçinin bildiriv ki, ötən il ölkəmizdə keçirilən I Avropa Oyunlarının möhtəşəm açılış mərasimində Qara Qarayevin əsərlərinin ifa olunması bu idman şöləninə daha da gözəllik qatıb.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Filarmoniyasında böyük sənətkarın xatirəsinə həsr olunmuş musiqi axşamı keçiriləcək. Gecədə Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səslənəcək.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında D.Şostakoviçin skripka və orkestr üçün 1 saylı konserti, Fərəc Qarayevin "Quasi una Fantasia” və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaq. Solist İspaniyada təhsil alan gənc skripkaçı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Elvin Qəniyevdir.
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb