Zəlimxan Yaqub Tehranda anılacaq

img

04-02-2016 [21:54]


Fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Tehranda Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun xatirəsini anma tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Tehranın "Əndiyşə” mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-dək ustad aşığın iştirakı gözlənilir.

Tədbirdə İranın mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxaninin, Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimin çıxışı nəzərdə tutulub.

Həmçinin Azərbaycan Aşıqlar Birliyi tərəfindən Əməkdar Mədəniyyət İşçisi Rəhman Ələsgərovun rəhbərlik etdiyi "Rasim” folklor qrupu və Əməkdar Mədəniyyət İşçisi Sərdar Məmmədov da anma tədbirində iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA