02-02-2016 [11:06]
Azərbaycanda xəbər yayımı ilə məşğul olan "onlayn” medianın sıralarına daha bir sayt qoşulub. Korrespondetn.az adlanan yeni sayta tanınmış jurnalist Aygün Muradxanlı rəhbərlik edir.
Mia.az xəbər verir ki, o, Modern.az-ın suallarını cavablandırıb.
- Yerli media məkanında yetəri sayda sayt fəaliyyət göstərir. Bu baxımdan yeni yaranan Korrespondetn.az rəqabətə davam gətirə biləcəksinizmi?
- Hər halda buna çalışacağıq. Media məkanında sayt bolluğu olsa da, xəbər qıtlığı var. Saytların çoxu təkrar xəbərləri paylaşmaqla məşğuldur. Xəbər yaradıcılığına təşəbbüs edən saytlar çox deyil. Korrespondent.az-ın əsas məqsədlərindən biri xəbər yaradıcılığıdır. İmkan daxilində buna cəhd edəcəyik.
- Aygün xanım, özünüz müxalifyönlü jurnalist kimi tanınırsınız. Bəs saytınızın fəaliyyəti hansı istiqamətə olacaq? Yəni hansısa siyasi qüvvələrləsaytın əməkdaşlığı mümkündür?
- Fikrimcə, media ümumiyyətlə müxalifyönlü olmalıdır. Sizə praktikamdan maraqlı bir məqamı danışım. Ukraynada narıncı inqilab baş verən ərəfədə "Turan" İnformasiya Agentliyində çalışırdım. Demokratik qüvvələrin tərəfdarı olaraq çoxumuz o zamankı müxalifət lideri Viktor Yuşşenkonun qələbəsini arzulayırdıq və ofisdə onun posterlərini asmışdıq. Proseslər Yuşşenkonu hakimiyyətə gətirən gün "Turan”ın direktoru Mehman Əliyev yarızarafat, yarıciddi dedi ki, posterləri çıxarın, artıq media Yuşşenkoya müxalif olmalıdır. Demək istədiyim odur ki, media tənqidçi olmalıdır, cəmiyyətin problemlərini qabartmalıdır ki, hakimiyyət onları çözsün. Ancaq Korrespondent. az hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, hər bir fikrə açıq olacaq. Buna heç kimin şübhəsi olmasın.
- Əməkdaşlıq edəcəyiniz jurnalistlər arasında tanınmış imzalar da olacaqmı?
- Hələlik heyətimiz çox kiçikdir. Hətta ofisimiz belə, yoxdur. Yəni işə faktiki olaraq minimumlarla başlamışıq. Ancaq ölkənin ən tanınan, ən tirajlı yazarları bizimlə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bütün ümidlərimiz də əslində eyni zamanda yazı dostlarımız olan tanınan imzalaradır. İlhamiyyə Rza, Afaq Vasifqızı, Həmid Herisçi, Zöhrab Əmirxanlı, Zemfira Məmmədqızı, Elxan Şahinoğlu, İlham Şaban əsas əməkdaşlıq edəcəyimiz yazarlardır. Yəqin ki, bu siyahı bir qədər də genişlənəcək.
- Saytınızda hansısa yeni layihələr görə biləcəyikmi? Yəni indiyə kimi onlayn mediada işlənməmiş layihələrdən söhbət gedir...
- Biz saytı eyni zamanda yaradıcılıq emalatxanası olaraq düşünürük. Yazmağa həvəsi, bacarığı olan gənclik üçün qapılarımız açıqdır. Peşəkar imzalarla eyni məkanda olmaq, onların yaxşı mənada diktəsi və redaktəsi ilə işləmək mənə elə gəlir, gənc yazarlar üçün yararlı olar. Sözsüz ki, maraqlı layihələr də olacaq. İdeyalar çoxdur. Zamanla onları gerçəkləşdirməyə çalışacağıq.
- Bugünkü iqtisadi çətinliklər mətbuata da təsirsiz ötüşməyib. Necə düşünürsünüz, maliyyə çətinliyi şəraitində saytı ayaq üstdə saxlaya biləcəksinzimi?
- Bu gün təkcə medianın yox, ölkənin iqtisadi durumu çətindir. Şübhəsiz, belə bir dönəmdə saytı idarə etmək asan olmayacaq. Bütün real imkanları işə salmağa çalışırıq. Məsələ burasındadır ki, bizim əsas məqsədimiz xəbər satıb varlanmaq yox, son illər qiymətdən düşən sözü yenidən qiymətə mindirməkdir. İnanırıq ki, cəmiyyətin sağlam kəsimi bu işdə dəstəyini əsirgəməyəcək.
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"