ATƏT-in sədri Cənubi Qafqaz regionuna səfər edəcək

img

07-01-2010 [03:16]


ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Cənubi Qafqaza səfər etməyi planlaşdırır. Qazaxıstanın ATƏT-də sədrliyinin rəsmi saytında verilən məlumata görə, 2010-cu ildə K.Saudabayevin Cənubi Qafqazla yanaşı Balkana, Şərqi Avropaya və Mərkəzi Asiyaya səfərləri planlaşdırılır. Səfərlərin dəqiq tarixləri isə hələlik məlum deyil. Bundan başqa, Qazaxıstanın ATƏT-də sədrliyi çərçivəsində iştirakçı dövlətlərin konkret sahələrdə səylərinin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə uzun sürən münaqişələr və böhranların nizama salınması, ekologiya, nəqliyyat, dözümsüzlük və ayrıseçkilik, seçkilərin müşahidə olunması və seçki problemi sahələri üzrə şəxsi nümayəndələrin təyin edilməsi barədə qərar qəbul edilib. Qazaxıstan KİV-lərinin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələrin aradan qaldırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə ölkənin ən təcrübəli diplomatlarından biri olan Bulat Nurqaliyev təyin ediləcək. B.Nurqaliyev 2010-cu il yanvarın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi postunda işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA