Nazarbayev 2010-da ATƏT üzvü olan ölkələrin XiN rəhbərlərinin qeyri-rəsmi sammitinin keçirilməsini istəyir

img

22-12-2009 [06:30]


gn=left]2010/nazarbayev.jpg[/libt] Qazaxıstan 2010-cu ildə ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitinin keçirilməsinə təşəbbüs göstərir. ?İnterfaks?ın yaydığı xəbərə görə, bu barədə prezident Nursultan Nazarbayev bildirib. ?ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti gələn ilin ortalarında Qazaxıstanda keçiriləcək?-deyə N.Nazarbayev bu gün Astanada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib. Nazarbayev əlavə edib ki, Qazaxıstan gələn il dövlət başçıları səviyyəsində ATƏT sammitinin keçirilməsi ideyasından imtina etmir. N.Nazarbayev xatırladıb ki, sonuncu belə sammiti 1999-cu ildə İstanbulda keçirilib. ?Zənnimcə, hazırda dünyada baş verənlərə, yeni çağırışlara qiymət verməyə, gələcəkdə bu çağırışlara qarşı mübarizədə bizim birgə tədbirlərimizi dövlətlərimiz tərəfindən müəyyən etməyə zərurut yaranıb. 10 ildə çox şey dəyişib. Hətta bu məqsədlə də toplaşmaq olardı. Bir çox dövlətlər bu təşəbbüsü dəstəkləyir və ümid edirik ki, bunun üzərində işləyəcəyik?-deyə prezident qeyd edib. Qeyd edək ki, Qazaxıstan 2010-cu ildə ATƏT-də sədrlik edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA