Məşhur rəssamın əsərləri satışa çıxarıldı - İctimai televiziyaya dəstək məqsədi ilə

img

08-10-2025 [10:18]


“Bəlkə orada gözəl ağaclar var” ifadəsi ilə məşhur olan rəssam Bob Rossun qiymətli rəsm əsərləri satışa çıxarılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu satışın ictimai televiziyaya dəstək məqsədilə həyata keçiriləcəyi açıqlanıb.

ABŞ-da ictimai yayım üçün büdcənin azaldılmasından sonra belə bir qərarın veirlməsi böyük maraq doğurub.

Məlumatda deyilir ki, məşhur rəssamın 30 rəsm əsəri satılacaq: "Bonhams hərrac evi Rossun 30 rəsminin satışa təqdim edəcək. İlk hərrac noyabrın 11-də “Kaliforniya və Qərb İncəsənəti” adı altında keçiriləcək. Bu hərracda Rossun üç əsəri nümayiş olunacaq: 1990-cı ildən "Uçurum kənarı", 1993-cü ildən "Qış sülhü" və 1993-cü ildən "Vadidəki ev". Rəsmlərin aşağı sol küncündə Rossun imzası var. Əsərlərin ümumi satış dəyərinin 850.000 ilə 1.4 milyon dollar arasında olduğu təxmin edilir".

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA