Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub

img

06-02-2026 [11:58]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) əməkdaşlarının bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı aparılmış tədqiqatın nəticələri açıqlanıb.

Mia.az xəbər verir ki, Xidmətin əməkdaşları aşkarlanmış zərərli proqram təminatı üzərində tərsinə mühəndislik (proqramın davranışını anlamaq və onun komponentlərini müəyyən etmək məqsədilə aparılan təhlil) əməliyyatları həyata keçirmiş, nəticədə əlavə indikatorlar ("loc") müəyyən edib.

Hücum cəhdində "Microsoft Excel" faylına yerləşdirilmiş "loader" tipli (zərərli proqram təminatının hədəf kompüter sisteminə yüklənilməsi üçün istifadə olunan) şifrələnmiş skript və şəkil faylına steqanoqrafiya (faylın içərisinə gizli məlumatların yerləşdirilməsi) vasitəsilə əlavə olunan "Remcos" adlı zərərli proqram təminatları istifadə edilib.

Hücumun ümumi sxematik təsviri ilə bu keçiddən tanış olmaq olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA