İçində türk deputatların olduğu gəmi saxlanıldı - İsrail faktı təsdiqlədi (FOTO)

img

08-10-2025 [10:47]


İsrail Qəzzaya gedən "Azadlıq Donanması Koalisiyası"na məxsus yardım gəmisini beynəlxalq sularda "həbs edib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əməliyyat zamanı çəkiliş olmasın deyə hərbçilər kameraları sındırıblar..

Məlumata görə, gəmidə 3-ü türkiyəli deputat olmaqla, 26 ölkədən 96 ictimai fəal var.

"Gəmidəki hər kəs  təhlükəsiz və sağdır. Ölən və yaralanan olmayıb", - deyə bu açıqlama ilə İsrail ordusu faktı təsdqiləyib.

Əlavə olunub ki, müvafiq sənədləşmələrdən sonra saxlanılanlar bir daha israilə girə bilməmək şərtiylə deport olunacaqlar.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA