Özbəkistanda keçirilən parlament seçkilərinin nəticələri elan edilib

img

30-12-2009 [02:23]


Dekabrın 27-də Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisə keçirilən seçkilərin nəticələri elan edilib. Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Mirzə-Uluqbek Abdusalamov bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, seçkilərdə sahibkarlar və işgüzar adamlar hərəkatı-Liberal-Demokratik Partiyasından 33, ?Milli dirçəliş? Demokratik Partiyasından 26, Özbəkistan Xalq-Demokratik Partiyasından 20, ?Ədalət? Sosial Demokrat Partiyasından isə 15 deputat seçilmişdir. Onun sözlərinə görə, seçkilər günü qanunçuluğa uyğun olaraq Özbəkistan Ekoloji Hərəkatının Konfransı olmuş, gizli səsvermə yolu ilə 15 deputat seçilib. MSK sədri deyib ki, 96 seçki dairəsində deputatlar seçilmiş, 39 dairədə isə yetərsay olmayıb. Ona görə də iki həftə ərzində 39 dairədə təkrar səsvermə keçiriləcək. MSK-nın sədri bildirib ki, bu siyasi kampaniyada səs hüququ olan vətəndaşların 87,8 faizi iştirak edib. Bu da seçkilərin baş tutması deməkdir. Xatırladaq ki, seçkilərdə Azərbaycan Milli Məclisi Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr qrupunun rəhbəri Aydın Abbasov, qrupun üzvləri Çingiz Abdullayev və Əkrəm Abdullayev, parlamentin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov müşahidəçi kimi seçkilərin gedişini izləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA