Davudoğlu: "Protokollardan əvvəlki vəziyyətə dönmək heç kimin mənfəətinə uyğun deyil"

img

23-12-2009 [03:30]


Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə ilə bağlı önəmli məsələlərə dair açıqlama verib. Əhməd Davudoğlu Brüsseldən qayıdarkən Türkiyə-Ermənistan protokollarının ratifikasiya olunması üçün Türkiyəyə mart ayına qədər vaxt verən Ermənistana mesaj verib. Münasibətlərin normallaşdırılması ilə bağlı təzyiq ola bilməz. Mənfi deyil, müsbət ssenarilərə üstünlük verin. Ermənistanla imzalanan protokolların tətbiq olunması uzun sürən bir prosesdir. Protokollardan əvvəlki vəziyyətə dönmək heç kimin mənfəətinə uyğun deyil. Müsbət ssenari protokolların ratifikasiya olunması və bütün Qafqazda bir normal tənzimləmə prosesinin reallaşmasıdır. Bu tənzimləmə Qarabağla bağlıdır. İkitərəfli münasibətlərin normallaşması Qafqazdakı vəziyyətin düzəlməsi ilə də əlaqəlidir. Ortada 17 il əvvəldən qalmış bir problem var. Bu problem həll edilmədən yaranacaq ikitərəfli münasibətlər onsuz da sağlam olmayacaq. Bizim istəyimiz odur ki, bütün Qafqaz sülh və sabitliyin hökmran olduğu bir bölgəyə çevrilsin. Türkiyə-Ermənistan sərhədi 20 ildir bağlıdır. Amma biz yenə də bu problemi həll etməyə çalışırıq. ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesində ciddi irəliləyişlər qeydə alınıb. Hamımız birlikdə bu prosesi müəyyən bir mərhələyə gətirdik və Afinadakı görüşlər müsbət keçdi. Zaman deyil, görüntü əhəmiyyətlidir. Mən bu məsələlərdə zaman faktorunun deyil, nəticənin önəmli olduğunu hesab edirəm. Türkiyə və Ermənistan bir-birlərinin siyasi mənafelərini güdməlidir. Mən bu prosesə mənfi baxmıram. Bu bir sülh görüntüsüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA