israilin xarici izlər naziri Azərbaycana gəlməyi planlazdırır

img

17-12-2009 [04:53]


İsrail Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Avrasiya departamentinin rəhbəri, MDB ölkələrinin KİV-i ilə münasibətləri nizamlayan Pinxasa Avivi dekabrın 20-23-də Azərbaycana səfər edəcək. P.Avinin sözlərinə görə, səfərdə məqsəd Azərbaycan-İsrail ikitərəfli münasibətlərinə dair müzakirələr aparmaqdır. Səfər zamanı gündəlikdə duran əsas məsələ isə İsrail xarici işlər naziri Aviqdor Libermanın Bakıya ilk rəsmi səfəri ilə bağlı danışıqlar olacaq. Səfərin gələn ilin fevralında həyata keçirilməsi planlaşdırılır. Bu məsələ Azərbaycan və İsrail xarici işlər nazirlərinin dekabrın 1-də Afinada görüşü zamanı müzakirə olunub. O vaxt Aviqdor Liberman azərbaycanlı həmkarı Elmar Məmmədyarovu İsrailə səfərə dəvət edib. Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycana İsrail prezidenti Şimon Peres gəlmişdi. Azərbaycan Rusiyadan sonra İsrailə neft tədarük edilməsi üzrə ikinci yeri tutur. Azərbaycan İslam dünyasında faktiki olaraq yəhudi dövlətinin əsas iqtisadi tərəfdaşına çevrilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA