Hüququ pozulmuz 150-dən çox neftçi zikayət etmək məcburiyyətində qalıb

img

11-11-2009 [06:29]


?Ölkə başçısının fərmanı ilə ?Azəriqaz? QSC ARDNŞ-in tabeliyinə keçəndən sonra həmin müəssisədə işləyən adi sıravi işçilərin ixtisar halları çoxaldı. Halbuki Əmək Məcəlləsinə görə, müəssisə birlşdirildikdə və ya ləğv olunduqda, bu zaman həmin müəssisənin yalnız rəhbər heyəti ilə əmək müqaviləsi pozula bilər. Bizdə olan məlumata görə, həmin müəssisədə işləyən işçilərə, xüsusən də təqaüdçülərə öz xahişləri ilə ərizələrin yazılması tapşırılıb. Bunu yerinə yetirməyən şəxslər isə struktur islahatları adı altında işdən azad ediliblər?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyev deyib. Onun sözlərinə görə, son bir həftədə 10 nəfərdən çox şəxs onlara şikayət edib: ?Lakin ?Azəriqaz?dan ARDNŞ-ə şikayət edən insanlara bildirilib ki, bu birləşmədən sonra işçiləri nəinki azalmış, əksinə, çoxalıb. Məsələn, ?Azəriqaz?-ın Qaz nəqli İdarəsində işləyən Heydərov Xeyrulla bildirib ki, 50 operatordan yalnız o ixtasara düşüb. Adıçəkilən qurumda ixtisarların edilməsində iki məqsəd var: təqaüd yaşına çatmış işçilərdən canlarını qutarmaq və ümumiyyətlə, müxtəlif bəhanələrlə əvvəlki işçilərin əmək müqaviləsinə xitam vermək. Onların əməkhaqlarını kompensasiya da etmirlər. Əksinə, qanunsuz olaraq, işdən çıxardıqları vətəndaşların yerinə öz adamlarını götürürlər?. Hüquqşünas onu da bildirib ki, baş vemiş neqativ hallar xarici neft şirkətlərində də mövcuddur: ?Orada böhran adı altında ixtisarlar aparılır. Xüsusən də son zamanlar ?KSA DEUTAQ? və ?CASPİAN VİRELİNE? şirkətlərindən şikayətlər günü-gündən artmaqdadır. ?KSA DEUTAQ? şirkətində işçilər qanunsuz yollarla ixtisar olunur, bu, xüsusən də müddətsiz əmək müqaviləsinin bitməsi ilə bağlı olur. Ancaq 2009-cu ilin fevral ayında dəyişiklik edilmiş əmək müqaviləsində bildirilir ki, əgər işçi ilə 5 ilə qədər əmək müqaviləsi bağlanıbsa və bu müddət ötürsə, həmin əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Çox təəssüf ki, həmin bu şirkətdə 5 ildən artıq işçilərə əmək müqaviləsinə xitam verildi. ?CASPİAN VİRELİNE? şirkətində isə daha başqa cür ?ssenari? var. Şirkət, işçiləri çıxartmaq üçün bəhanə tapa bilmədikdə, onları uzunmüddətli ? 6 ay müddətinə ödənişsiz - məzuniyyətə göndərib. Bundan əlavə, ?CASPİAN BUE? şirkətində də anoloji hadisələr cərəyan edib. Bu yaxınlarda adıçəkilən şirkətdə iki hüququ pozulmuş neftçini məhkəmədə müdafiə etdik və onun işə bərpası ilə bağlı Yasamal rayon Məhkəməsində qərar verildi?. A.Quliyevin sözlərinə görə, ən çox şikayət ?Bibiheybət OİL?dən gəlir: ?60 nəfərə yaxın vətəndaş bizə müraciət edib ki, onlar 15 ildən artıqdır, Bayıl ərazisində yaşayırlar və onların evlərini məhkəmə yolu ilə sökmək istəyirlər. Bundan əlavə, neftçilərə evlərin verilməsində də maxinasiyalar var. Məsələn, uzun müddət bu sahədə çalışmış şəxslərə mənzil veriləndə, onların ailə tərkibləri azaldılır. Bizdə olan məlumata görə, burada rüşvət də öz rolunu oynayır. Eyni müddətdə və ya ailə tərkibli olan şəxsə mənzil veriləndə ayrı-seçkiliyə yol verilir. Narazı qalanlara isə müxtəlif təzyiqlər göstərərək sənədə qol çəkməyə razılaşdırırlar. Artıq son ayda 150-yə yaxın hüququ pozulmuş neftçi bizə şikayət edib. Son bir həftədə isə 56 nəfərdən şikayət daxil olub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR