Gənc Yurdsevərlər Birliyi polis zorakılığını pisləyir

img

28-04-2009 [06:50]


Gənc Yurdsevərlər Birliyinin sədri Tağı Kərimli ANS TV-nin üç əməkdaşının polis tərəfindən döyülməsini pisləyən bəyanatla çıxış edib. O, bildirib ki, ANS TV-nin üç əməkdaşının peşə fəaliyyətini yerinə yetirərkən Yasamal rayon polis rəisinin əmri ilə zorakılığa məruz qalması söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməli, aidiyyatı orqanlar bununla bağlı ölçü götürülməlidirlər. Qeyd edək ki, ANS əməkdaşlarının təzyiqə məruz qalması aprelin 27-nə keçən gecə Bakının Yasamal rayonu ərazisində M.Muxtarov küçəsi, 190 ünvanında məscidin sökülməsi zamanı baş verib. Zorakılıq nəticəsində jurnalistlərin aparatları sındırılıb, özləri isə döyülüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA