04-04-2009 [02:20]
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu il üçün elan etdiyi maliyyə müsabiqəsində 226 layihəni qalib elan edib. Şuranın sədri, deputat Azay Quliyev bildirib ki, müsabiqənin obyektiv aparılması üçün milli Qeyri-Hökumət Təşkilatları, dövlət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri olan 19 nəfər ekspert iştirak edib. Onun sözlərinə görə, 2009-cu ildə elan olunan maliyyə müsabiqəsində iştirak etmək üçün Şuraya 569 QHT-dən layihələr təqdim olunub. Bu QHT-lərin 212-si 2008-ci il maliyyə yardımı müsabiqəsində iştirak edənlər olub. 357 QHT isə müsabiqəyə ilk dəfə layihə təqdim edib.
A.Quliyev deyib ki, 226 layihə üçün Şuradan ayrılan məbləğin ümumi həcmi 1 milyon 848 min manat təşkil edəcək.
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi 226 QHT-nin siyahısı dünən rəsmən açıqlanandan dərhal sonra narazılıqlar gəlməyə başladı. Bir sıra QHT rəhbərləri Şuranı qeyri-obyektivlikdə ittiham edir. Belə QHT rəhbərlərindən biri, ?21-ci əsr? Təhsil Mərkəzinin sədri, fəlsəfə elmlər namizədi Etibar Əliyevdir.
E.Əliyev dünən redakiyamıza gələrək mövqeyinin dərc olunmasını xahiş etdi. O bildirdi ki, xoş niyyətlə yaradılmış bir təşkilatın başlıca meyarı obyektivlik və demokratiya olmalı idi. Lakin layihələrin qiymətləndirilməsində bunu görmək mümkün deyil: ?Siyahıya nəzər saldıqda görünür ki, maliyyələşdirilmiş QHT-lərin xeyli hissəsi yeni yaradılmış təşkilatlardır. Əksəriyyəti Şura sədri Azaya Quliyevə və Milli Qeyri-hökumət Təşkilatları Forumuna sıx bağlı QHT-lərdir. Bu təşkilatlar məhz dövlətdən ayrılmış pulların mənimsənilməsi üçün yaradılmış QHT-lərdir?.
E.Əliyevin sözlərinə görə, digər çox ciddi pozuntu ondan ibarətdir ki, bir sıra QHT-lərin maliyyələşdirilən layihələrinin mövzuları ilə həmin QHT-nin məqsəd və vəzifələri arasında heç bir uyğunluq yoxdur: ?Bu da onu göstərir ki, ?təki layihə təqdim edin, qalanı bizlikdir? prinisip də işləyib. İstənilən QHT sektorunda çalışan şəxs aydın şəkildə görür ki, burada iki xətt aparıcı rol oynayır: birincisi, birbaşa Azay Quliyevə və Milli QHT Forumunun rəhbəri Rauf Zeyniyə yaxın QHT-lərin maliyyələşdirilməsi, vəzifəli şəxslərə, deputatlara yaxın QHT-lərin maliyyələşdirilməsi.
Məsələn, regionlarla bağlı layihələrin tam əksəriyyəti Azay Quliyevin nəzarətindədir. Bir sıra iri layihələr isə Rauf Zeyniyə yaxın təşkilatlarındır. Məsələn, absurda diqqət edək; Forumun idarə heyətinin sədri Aydın Kərimov və Forum üzvü Umud Mirzəyev eyni adlı - ?QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi? - iki layihə təqdim ediblər. Hərəsinə 16 min 920 manat ayrılıb. Maraqlıdır, onda Şura üzvləri nəyə nəzarət edir? Məgər ?Yeni Müsavat?ın bir qədər əvvəl yazdığı ?Forum Şuranın yedəyidir? ifadəsi düz deyilmi?
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərindən biri Vüqar Qədirovun özünün və həyat yoldaşının layihələri maliyyələşdirilib. Vüqar Qədirovun Dövlət Dəstəyi Şurası tərəfindən 11 min 900 manat məbləğində maliyyələşdirilən layihəsi ?Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədilə tikiş sexinin açılması? adlanır. Belə çıxır ki, kimsə özünə sex və ya biznes qurursa, bir layihə yazıb dövlətin pulu ilə maliyyələşdirir.
Şuranın daha bir üzvü Sahib Məmmədovun layihəsinə ən yüksək məbləğ (16930 manat) ayrılıb.
Azay Quliyev Şuranın keçirdiyi tədbilərdə dəfələrlə qeyd edirdi ki, xeyriyyəçiliklə bağlı layihələr maliyyələşdirilməyəcək. Maliyyələşdirilən layihələrdən birinin adına diqqət edin. ?Şirvan şəhərində yas mərasimlərinin keçirilməsinə kömək məqsədilə xüsusi çadırların hazırlanması?. Bu layihəyə 13 min 820 manat ayrılıb. Azay Quliyev deputat seçildiyi Şirvan şəhərinə növbəti seçki üçün sanki yatırım qoyur.
Maliyyələşdirilən layihələrdən biri ?İmkansız ailələrdən olan uşaqların sünnət mərasiminin təşkili? adlanır. Azay Quliyev bildirir ki, layihələrin qiymətləndirilməsində təcrübəli ekspertlər iştirak edir. Maraqlıdır, görəsən Dövlət Dəstəyi Şurasında sünnət və yas mərasimi üzrə ekspert kimdir?"
E.Əliyev diqqəti bəzi deputatlara, onların həyat yoldaşlarına və övladlarına məxsus QHT-lərin də layihələrinin maliyyələşdirilməsinə yönəldir: ?Siyahıya diqqət etsəniz mənim dediklərimin fakt olduğunu görərsiniz. Ailəvi dostluq prinsipləri, yerlibazlıq, yuxarıdan tapşırıq layihələrin maliyyələşdirilməsində əsas meyar olub?.
E.Əliyev onu da bildirdi ki, maliyyələşdirilən layihələrin əksəriyyətinin adı elmi məqalə başlıqlarına oxşayır. Bir çoxu isə əvvəllər işlənmiş məqalələrin təkrarıdır: ?Məsələn, ?Çılpaqlaşmış yamacların təbii landşaftının intensiv bərpası", yaxud ?Özəl iqtsadi səmərəliliyin yüksəldilməsi? adlı layihələr daha çox maliyyələşdirilib".
E.Əliyev dedi ki, onun özü də Şuraya layihə təqdim edibmiş: ?Mənim təqdim etdiyim layihə Azərbaycan üçün tamamilə yeni bir elmi metodun tətbiqindən ibarət idi. Mən və layihəsi maliyyələşdirilməyən QHT-lərin bir neçəsi qruplaşmalara daxil olmadığımız üçün maliyyələşdirilməyib.
Məni maliyyədən daha çox vətəndaş cəmiyyətinin inkişafında çiyninə böyük yük düşən QHT sektorunda baş verən maxinasiyalardır. Belə məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının dövlətin büdcəsindən 1 milyon 848 min manatı havaya sovurub. Mən bu cür maxinasiyalara etiraz edirəm. QHT rəhbəri kimi bizim təqdim etdiyimiz ?Azərbaycandakı elmi tədqiqatların qlobal aktivliyinin monitorinqi? layihəsini ekspertizadan keçirən ekspertlərlə görüşməyə çalışacağam. Görüm həqiqətən belə ekspertlər olub? Yoxsa, onlar Aydın Kərimov, Azay Quliyev, Fərasət Qurbanov və Sahib Məmmədovdur.
Milli QHT Forumu və Şurada baş verən bu cür qanunsuzluqlar və özbaşınalıqlara etiraz olaraq sabah (bu gün) Milli QHT Forumundan çıxmaq barədə ərizə təqdim edəcəm".
?Çıxış yolunu nədə görürsünüz? sualına E.Əliyev belə cavab verdi: ?Bütün bu hərəkətlər Şuranın imicinə amansız zərbədir və layihələrin yenidən ekspertizası keçirilməsə, Şuranın özünü təsdiqləmə ehtimalı sıfıra enəcək. Yaxın günlərdə keçirəcəyimiz mətbuat konfransında ictimaiyyətə daha ətraflı məlumat verəcəyik?.
Şuranın maliyyələşdirdiyi QHT-lərin sırasında ?RONAHİ? Kürd Mədəniyyət Mərkəzi adlı təşkilatın da olması diqqətimizi cəlb etdi. Sözügedən təşkilatın 5600 manat məbləğində maliyyələşdirilən layihəsi ?Kürd mədəni irsinin inkişafı? adlanır. Bu təşkilatın millətçi ruhda olması və PKK-ya simpatiya bəslədiyi haqda indiyə qədər ölkə mətbuatında dəfələrlə məlumatlar yayılıb. Hətta ?RONAHİ?nin rəhbəri Kamil Həsənov qəzetlərə müsahibəsində PKK-ya simpatiya bəslədiyini açıq şəkildə bildirib.
Yazıda adı çəkilən bütün tərəflərin, o cümlədən Azay Quliyevin mövqeyini dərc etməyə hazırıq.
[left]F.SULTAN("Yeni Müsavat")[/left]
[b]"Şərq" qəzetində isə bu məsələ ilə bağlı aşağıdakı yazı dərc olunub.[/b]
Dünən Prezidentin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu il yanvarın 15-də ölkə QHT-ləri üçün elan etdiyi maliyyə yardımı müsabiqəsinin nəticələrini açıqlayıb.
Müsabiqəyə təqdim olunan 569 layihədən 226-sı dəstəklənib. Qeyd edək ki, layihələrin dəstəklənməsi üçün dövlət büdcəsindən 2. 068. 000 manat vəsait ayrılıb. Müsabiqəyə təqdim edilən layihələrin ümumi dəyəri isə 8. 978. 890 manat olub. Şura layihələri müzakirə etdikdən sonra 226 layihənin maliyyələşdirilməsinə 1. 848. 000 manat vəsait ayırıb. 308 min manat isə sərbəst vəsait kimi saxlanılıb. Göründüyü kimi, təqdim olunan layihələrdən yarıdan çoxuna maliyyə verilməyib. Müsabiqənin nəticələri təəccüb doğurmaya bilməz. Əvvəla, o baxımdan ki, Azərbaycanın elm-təhsilinin tərəqqisinə, cəmiyyətin inkişafına, gənclərimizin sağlamlığına hesablanmış layihələr ayrılan vəsaitdən məhrum edildi. Onların yerini tutan bəzi layihələrə isə diqqət yetirin: "Şirvan şəhərində yas mərasimlərinin keçirilməsinə kömək məqsədi ilə xüsusi çadırların hazırlanması" -13.820 manat pul ayrılıb. Adıçəkilən layihəni təqdim edən təşkilatın adına nəzər saldıqda isə layihə ilə necə "harmoniya" təşkil etdiyinin əyani şahidi olursan: Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi. Daha bir misal, Regional İnikişafa Yardım İctimai Birliyi: "İmkansız ailələrdən olan uşaqların sünnət mərasiminin təşkili" - 9.900 manat. Rohani - Kürd Mədəniyyət Mərkəzi: "Kürd Mədəni İrsinin İnkişafı"- 5.600 manat. Siyahını kifayət qədər uzatmaq olar. Müsabiqədə uğur qazanmayan layihə müəlliflərini hiddətləndirən də əsasən, bu məqamlardır. "Şərq"ə danışan QHT rəhbərləri məsələdə sona qədər getmək, təqdim etdikləri işin nə səbəbə qəbul olunmamasını təfsilatı ilə araşdırmaq niyyətində olduqlarını vurğuladılar.
[b] "Siqaretsiz həyat" İctimai Birliyinin sədri Rasim İsmayılov: [/b]
- Mən ilk dəfə idi ki, layihə ilə çıxış edirdim. Təəssüf ki, elə layihələr var ki, kölgədə qalır. Hazırda Azərbaycanda siqaret çəkənlərin sayı günbəgün artır. Bunun da bir səbəbi hesab edirəm ki, belə layihələrin keçməməsi ilə bağlıdır. Belə bir layihə ilə çıxış etdim ki, məktəblilər arasında siqaret əleyhinə maarifləndirmə işi aparaq və siqaret çəkənlərin sayını bir qədər azaldaq. Bu istiqamətdə əsas iş gənclərlə qurulur. Layihədə nəzərdə tutulmuşdu ki, təhsil ocaqlarında, internet klublarda siqaret əleyhinə təbliğat aparaq, kitablar, broşüralar buraxaq, məktəblər arasında müsabiqələr elan edək və s. Burda elə layihələr keçib ki, addam məəttəl qalır. Məsələn, Amerikanın Arizona ştatı ilə Azərbaycan arasında mədəni əlaqələrin yaradılması istiqamətində layihə təqdim edilib ki, (yer adı şərtidir-F.) buna da 15 min manat qrant alıblar. Bu hansı mədəni əlaqədən danışır ki, okeanın o tayına biletin pulu az qala 5-10 min manatdır. Bu bir dəfə o tərəf bu tərəfə getməyə və istirahətinə bəs edir. Biznes xarakterli layihələrdir, hökumətdən qrant alır, bu işi görür və gördüyü işdən başlayır pul qazanmağa.
Amma mənim layihəm təbliğat xarakterli idi, gənc nəslin sağlam böyüməsi, sağlam ruhda tərbiyə olunmasına xidmət edirdi. Bu, biznes deyildi. Tanzaniyada yaşayanlara deyirlər ki, siqaret əleyhinə mübarizə aparmaq lazımdır. Azərbaycan cəmiyyətində isə siqaret əleyhinə bir dənə də iş görülmür. 8 yaşında uşağa siqaret satılır. Təbliğat olmasa, belə də davam edəcək.
Mən bu işdə axıra kimi gedəcəm, şikayətimi bildirəcəm. Ekspertlər mənə sübut etsinlər ki, layihənin nəyi düz deyil? Sübut etsinlər ki, Azərbaycan məktəblərində siqaret çəkilmir. Mən də layihəmi cırıb, tullayım. Videoyazı, internet sorğusunun nəticələrini göstərərəm ki, məktəblərdə, ümumən cəmiyyətdə bu sahədə vəziyyət nə yerdədir. Məktəblərin ayaqyollarına siqaret iyindən girmək mümkün deyil.
Birliyin sədri sonda bir məsələni də diqqətə çatdırdı ki, onun layihəsinə baxan ekspertlərin hər üçü də siqaret çəkən olub.
[b]Layihəsi keçməyənlər sırasında olan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov isə müsabiqənin obyektivliyinə şübhə etmir. [/b]
- Ötən müsabiqədə layihə verib 12 min manat qrant almışdıq. "Cənub bölgəsində mətbuatın inkişafına yardım" layihəsi idi. Layihə çərçivəsində Cənub Media Resurs Mərkəzini, onun saytını yaratmışdıq. İlk dəfə qeyri-obyektivlik görmədik. Hesabatları da vaxtında vermişəm. Gözləyirdik bu layihənin davamı təsdiqini tapsın. Görünür, layihənin tərtibatında nəsə səhvə yol vermişdik. Səbəbini araşdıracam. Layihəni diqqətlə yazmışdıq. Azay və ya Fərasət müəllimlə danışacam. Şikayət etmək niyyətində deyiləm, çünki özümə qarşı hər hansı qərəz olmayıb.
[b]Müsabiqəyə "Azərbaycandakı elmi tədqiqatların qlobal aktivliyinin monitorinqi" layihəsi ilə qatılan XXI əsr Tədris Mərkəzinin rəhbəri Etibar Əliyev:[/b]
- Dövri mətbuatda söhbətlər gəzirdi ki, şurada subyektivizm elementləri güclüdür, tərəfkeşlik var. Mən buna bir qədər də əmin oldum ki, yazılanlar doğrudur. Monopoliya güclüdür və bu Milli QHT Forumu və Şura rəhbərliyi səviyyəsində həyata keçirilir. Ən biabırçısı odur ki, keçən layihələrin əksəriyyəti şura və forum rəhbərliyinə yaxın QHT-lərə məxsus olub. Ən dəhşətli fakt ondan ibarətdir ki, layihələri maliyyələşdirilmiş QHT-lərin 50 faizdən çoxu cəmiyyətə tanış deyil. Bunlar sonradan və məqsədli şəkildə yaradılmış QHT-lərdir. Məsələn, orda sünnətlə bağlı, yas çadırlarının qurulması kimi biabırçı layihələr maliyyələşdirilib. Xeyli layihələrin adları elmi-tədqiqat, kurs işlərinin başlıqlarına oxşayır.
Mən çalışacam ki, o ekspertlərlə görüşüm. Görüm onlar kimdir? Sahib Məmmədovdur, Azay Quliyevdir, Fərasət Qurbanovdur. Ümumiyyətlə, maraqlanacam görüm həmin adamın təhsil və elmdən anlayışı var, ya yox. O işin əhəmiyyəti barədə həmin ekspertə iki sual verəcəm. Onlara cavab verəsi olsa, mən üzrxahlıq edəcəm ki, səhv etmişəm.
E.Əliyev müsabiqənin nəticələri elan edildikdən sonra Milli QHT Forumundan istefa verdiyini bildirdi.
- Ona görə yox ki, mənim layihəm keçməyib. Özüm özəl layihələr, kitablar üzərində işləyirəm. Mən orda baş verən maxinasiyalar, özbaşınalıqlar və prezidentin atdığı nəcib addıma qarşı yönələn hərəkətlərə etiraz əlaməti olaraq şuranın yedəyi olan forumdan istefa edirəm. Layihə ekspertlərini, eyni zamanda şura üzvlərini açıq dialoqa çağırıram ki, onlar bu əcaib hərəkətlərinə izahat versinlər.
Firdovsi