Nazarbayevin qızı Azərbaycanda savaş film çəkib - VİDEO

img

29-01-2016 [15:39]


Qazaxıstanın Almatı vilayətində "Anaya aparan yol" bədii filminin çəkilişləri başa çatıb.
 
"Report" məlumat verir ki, film aclıq, II Dünya müharibəsi və həbs düşərgəsi həyatı yaşayan qazaxın taleyindən bəhs edir. Filmin baş prodüseri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva, rejissoru isə Akan Satayevdir. 

Ekran əsərinin çəkilişlərinə 2015-ci il fevral ayının ortalarında başlanıb. Əsas döyüş səhnələri Belarusda çəkilib. 

Filmin çəkiliş qrupu Azərbaycan və Türkiyədə də olub.
 
"Dneprin alınması" döyüş səhnələrinə 500-dən çox insan, 300 ədəd döyüş silahı, peşəkar kaskadyorlar və pirotexnika cəlb olunub. 

Filmin çəkilişləri ilə məşğul olan insanların ümumi sayı 2 min nəfərdən çox olub. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA