26-01-2016 [11:02]
"Milli Televiziya və Radio Şurası ANS televiziyasının efirndə yayımlanan "Qanlı yanvar” bədii serialının 20 yanvar tarixində yayımlanan seriyasında xeyli qanun pozuntuları aşkarlayıb. Qeydə alınan qanun pozuntuları əsasən qeyri-etik ifadələrdən və söyüşlərdən ibarətdir".
Bunu "Report"a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib. Şöbə müdiri qeyd edib ki, Vahid Mustafayevin çəkdiyi və ANS-in efirində yayımlanan "Qanlı yanvar” filmi ilə bağlı mediada, sosial şəbəkələrdə geniş müzakirələr gedir, serialda neqativ hallar olduğu vurgulanır: "Əlbəttə, hər kəsin öz fikri və arqumenti ola bilər. Şura olaraq filmin məzmunu və tarixi hadisələri necə əks etdirməsi ilə bağlı fikir bildirmək istəməzdik. O da nəzərə alınmalıdır ki, bu, bədii təxəyyülün məhsuludur. Lakin "Qanlı Yanvar" həssas hadisəyə, xalqın qan yaddaşına həkk olunan tarixi proseslərə həsr olunduğu üçün reaksiyalar təbiidir. Bunlara münasibət bildirmək filmi çəkənlər, müasir dövr üzrə ixtisaslaşan tarixçilər, incəsənət adamlarının işidir. Bununla belə, filmin televiziya ekranında yayımlandığını nəzərə alaraq Milli Televiziya və Radio Şurası olaraq biz də ona qanun prizmasından baxmışıq".
T.Dadaşov bildirib ki, MTRŞ filmin 20 yanvar tarixində yayımlanan bölümündə xeyli qanun pozuntuları aşkarlayıb: "Bunlar əsasən qeyri-etik ifadələr, söyüşlərdir.
Məsələn:
- Двигай капытами! (Tez ol, tez ol yanıvı tərpət!)
- Давай блядь! (Tez ol, əclaf!).
- Ay oğraş!
- Ты педа, вставай блядь! (Ey peysər, nə oturmusan?)
- Oğraş, burnumu sındırdı... (bağırır rusca deyərək)
- Мать твое, вставай блядь! (Sənin ananı, qalx ayağa!)
- Кто cтрелял, кто? Ты блядь? (Kim atdı? Hansı it oğlu? )
- Не блядь, а голубка. (Fahişə yox, göyərçin)".
T.Dadaşovun sözlərinə görə, yanvarın 21-də saat 22.00-da efirə gedən "Qanlı yanvar” tammetrajlı filminin yayımı zamanı da qanun pozuntularına yol verilib: "Filimdə aşağıdakı məzmunlu qeyri-etik ifadələr işlədilib.
- İndi də qəhrəman zabit tankları görüb batırıb tumuşuna.
Silah paylayan qız deyir (saat 22.40): Götürün. Silaha münasibət sevdiyiniz canaya toydan əvvəl olan münasibət kimi olmalıdır. Yəni onu özünüzlə gəzdirirsiniz, amma toxunmursunuz. Götürdüyünüz kimi gətirib anasına, yəni mənə təhvil verirsiniz. (yerdən narazılıq səsləri yüksəlir)....Yaxşı, yaxşı, bir az əlləşdirə bilərsiniz (Gənclər gülüşürlər)".
Şöbə müdiri bildirib ki, bu hal "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.9-cu (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 3.7-ci maddəsinə (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) ziddir.
T.Dadaşov qeyd edib ki, bu cür qeyri-etik ifadələrin istifadə edildiyi filmlər, ümumilikdə efir materialları saat 23.00-07.00 arası göstərilə bilər.
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb