21-01-2016 [15:48]
Yanvarın 20-də Saatlı rayonunun Gənclər Mərkəzində şəhid Fariz Novruzovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Bitməyən müharibənin qəhrəmanları» silsiləsindən hazırlanmış «Nigaran ruhlar» sənədli filmində cəbhə xəttindəki döyüşlərdə həyatını itirmiş Milli Ordumuzun gizirinin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb.
Öncə toplantı iştirakçıları Saatlının Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin anım tədbirinə qatılıblar.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun, 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşovun, yerli ictimaiyyətin nümayəndələrinin, həmçinin media təmsilçilərinin iştirak etdikləri tədbirdə rayon məktəblilərinin ifasında 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.
«Nigaran ruhlar» sənədli filminin təqdimat mərasimində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 20 Yanvar tarixinin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını vurğulayıb.
Müstəqillik illərində 20 Yanvar hadisələrinə düzgün hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı əsaslı işlərin aparıldığını diqqətə çatdıran icra başçısı mövcud istiqamətdəki fəaliyyətin əsasının Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkib.
«Ulu Öndər faciənin ertəsi günü Moskvada bəyanatla çıxış etdi. 20 Yanvarı Azərbaycan xalqına qarşı cinayət adlandırdı. Bu, olduqca cəsarətli və qətiyyətli addım idi», - deyə o əlavə edib.
S.Cabbarov rəhbərlik etdiyi rayonda həm 20 Yanvar şəhidlərinin, həm də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin ailə üzvlərinin problemlərinə həssaslıqla yanaşıldığını deyib. Bu baxımdan ötən ilin noyabrında düşmənin açdığı atəş nəticəsində həyatını itirmiş F. Novruzovun xatirəsinin də uca tutulduğunu bildirib.
İcra başçısı onu da diqqətə çatdırıb ki, deputat Ə.Amaşovun müvafiq dövlət qurumları ilə apardığı danışıqlardan sonra rayonda şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün nəzərdə tutulmuş yeni mənzillərin inşası işi sürətləndirilib. Belə tədbirlər Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlara qayğısının bariz göstəricisidir.
Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov çıxışına təqdimatı keçirilən sənədli film barədə məlumat verməklə başlayıb.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının belə tədbirləri ənənəyə çevrilib. İndiyədək şəhid Fərid Əhmədov və şəhid Əhməd Abdullayev haqqında bu cür sənədli filmlərin ərsəyə gətirildiyi barədə məlumat verən deputat rejissoru tanınmış jurnalist Bəxtiyar Qaraca olan «Nigaran ruhlar» adlı ekran işinin Saatlı rayonunda nümayişinin əhəmiyyətinə toxunub:
«Fariz bu torpağın yetirməsidir. Onunla əlaqədar filmin rayonunun hər yerində, ən əsası bütün təhsil ocaqlarında nümayişi vacibdir. Gənc nəsil qəhrəman övladlarımızı tanımalı, örnək götürməlidir», - deyə, Ə.Amaşov əlavə edib.
Ə.Amaşov çıxışında həmçinin 20 Yanvarın xalqımızın taleyində oynadığı roldan da danışıb.
«20 Yanvar tarixi insanımızı toplumdan xalqa çevirən qəhrəmanlıq salnaməsidir. Bu tarix daim yaddaşlarda qalmalıdır və qalacaq. Azərbaycan dövləti, şəxsən Prezident cənab İlham Əliyev məsələyə böyük həssaslıqla yanaşır. Hər il ölkə miqyasında, eləcə də dünyanın müxtəlif yerlərində 20 Yanvar şəhidləri anılır. Ən əsası isə bu, Azərbaycanın dünyaya haqq səsi, xalqımızın özünü təsdiq anı kimi təqdim olunur», - deyən Ə.Amşov qeyd edib ki, 26 il öncəki faciənin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmasında mətbuat orqanlarının müstəsna əməyi olub. Belə nəşrlərdən biri də Saatlının indi də fəaliyyətini davam etdirən «Dönüş» qəzetidir. Qəzetin 23 yanvar 1990-cı il sayında faciə və onu törədənlər qətiyyətlə pislənmişdi.
Təqdimat mərasimində çıxış edənlərdən İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Müharibə, əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı Saatlı rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı Əliağa Qurbanov və başqaları 20 Yanvarın təkcə faciə deyil, eyni zamanda qəhrəmanlıq, dirəniş tarixi kimi yad edilməsinin zəruriliyini əsaslandırıblar. Bu baxımdan Saatlı rayonunda keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Onlar eyni zamanda F.Novruzov kimi hər bir şəhidin adının doğulub boya-başa çatdığı rayonda əbədiləşdirilməsinin vacibliyindən söz açıblar.
Sənədli filmin nümayişindən sonra söz alan şəhid F.Novruzovun atası Əlabbas Novruzov övladının xatirəsini uca tutan hər kəsə təşəkkürünü bildirib.












İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb