"Respublika" qəzetinin baş redaktor müavini öldürülüb, yoxsa... - FOTOLAR, VİDEO

img

16-01-2016 [18:26]


"Respublika" qəzetinin baş redaktorun müavini küçədə müəmmalı şəkildə dünyasını dəyişib.

Mia.az ANS TV-yə istinadən xəbər verir ki, bu gün günorta saatlarında Elmlər Akademiyasının yerləşdiyi inzibati binasının qarşısında 64 yaşlı kişi qəfildən dünyasını dəyişib. Dünyasını dəyişən şəxs "Respublika” qəzetinin baş redaktorunun müavini Sabir Mustafayevdir. Küçədə qəfildən yıxılan jurnalistin döyülərək öldürüldüyü iddia edilir. Mərhumun qardaşı Səxavət Mustafayev onun ədavətdə olduğu şəxs tərəfindən öldürüldüyünü bildirib. 

Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi də güman olunur.

Yasamal rayon prokuroru, eləcə də "Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiziasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA