20-12-2015 [23:21]
Xəbər verdiyimiz kimi, keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabir rəisi Eldar Sabiroğlunun Zərdab rayon Prokurorluğunda müstəntiq işləyən oğlu Rüfər Səfərov bu gün ölkədəki "kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq” vəzifəsindən istefa verdiyini və müxalifətə keçdiyini bəyan edib.
Keçmiş deputat oğluna müraciətində yazıb:
"Oğlum Rüfətə!
Əziz Rüfət, tale elə gətirdi ki, sənə belə müraciət edəsi oldum. Həyatın keşməkeşlərini az görməmişdim, ancaq səndən belə bir zərbə alacağımı heç ağlıma gətirməzdim. Bağışlamaq çətindir, ancaq sən mənim övladımsan, səndən necə keçə bilərəm ki… Ata-bala kimi aramızda çox söhbətlərimiz olub. Sənə böyük ümidlərim var idi, qırdın…
Heç vaxt istəməzdim ki, belə olsun, amma məsləhət yenə Allahındır. Axı, sən belə oğul deyildin. Bir neçə günün içində səni dəyişdirən nə oldu, əziz oğul? Rüfət, həm özünə, həm də ata-anana problemlər yaratdın. Sən axı bilirdin ki, mən kimlərlə mübarizə aparıram. Özün də duymadan onların məkrli və çirkli niyyətlərinə xidmət etmiş oldun. Hansı "qara qüvvə” səni bu yola çəkdi? Beş il birlikdə olmadıq, səndən uzaq qaldıq, ananla səni qoruya bilmədik.
Yazırsan ki, oğulluqdan imtina edə bilərsən, Ata. Səhv düşünürsən, oğlum! Səni böyütmədim ki, səndən asanlıqla imtina edəm. Gəl razılaşaq ki, yanlışı seçdin, rəqiblərə, söyüş söyənlərə, təhqir yağdıranlara, atana amansız zərbə vuranlara fürsət verdin. Seçdiyin yolun səhv olduğunu dərk edib geri dön, oğlum, sənə məsləhətim budur.
Düzdür, bir həqiqətdir ki, səni boğaza yığmışdılar və bilirəm ki, buna dözmədin. Sən imtahan verərək yüksək göstəricilərlə prokurorluq orqanlarına qəbul olunmuşdun, ancaq buna baxmayaraq səni Zərdaba göndərdilər. Beş il orda əziyyət çəkəsi oldun, qalmağa yerin belə yox idi. Bunların hamısını yaxşı bilirəm. Səninlə bərabər imtahan verərək zəif nəticələr toplamışları bir ildən sonra daha yaxşı yerlərə göndərdilər, amma səni seçdilər, ayırdılar yoldaşlarının cərgəsindən".
Daha sonra Eldar Sabiroğlu oğluna billdirib ki, onu neçə illərdi boğaza yığırdılar:
"Amma sənin naminə hər şeyə dözürdüm. Nə olardı ki, sən də bir az dözümlü olaydın. Sən də mənə görə dözməliydin. Ürəyim doludur, Rüfət, deyə bilmirəm!
Səni bu yola sövq edən səbəblər, kəslər, hədəflər neçə illərdir ki, atanın qarasınca düşmüşdülər. Lakin mən onlara görə seçdiyim yoldan dönmədim və hesab edirəm ki, düz etdim. Ancaq seçim sənindir, özün bilərsən oğlum. Ananın sənə çoxlu salamları var.
Oğlum, Allah sənin başının üstündə olsun, Allah səni bəd qüvvələrdən qorusun!”.
PUTİN PEKİNDƏ: "İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə kəsdik, hesab edirəm ki..."
Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib
Universitetlərin boş qalan yerlərinə qəbul nəticələri elan olunub
Gədəbəy rayonunda dağlıq ərazidə yanğın olub - VİDEO
Avqust ayında 2 milyon 850 min 500 zərərli fəaliyyət bloklanıb
"Cənab Zelenski ilə görüşə gəlincə, mən..." - Putin Pekində mətbuat konfransı keçirib
Azərbaycan-Macarıstan Enerji İşçi Qrupunun növbəti iclası keçirilib
Türklər "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz" sualına belə cavab verir - Sorğu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Rəhimova sanksiya tətbiq olunub - O, nədə ittiham olunur?
Hikmət Hacıyev Armen Qriqoryan arasında telefon danışığı: nələr müzakirə edilib? - TƏHLİL
Bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
İran prezidenti Çin liderinin xanımı ilə əl tutmadı - VİDEO
"Tiktoker" əri və uşaqları ilə birgə öldürülüb - FOTOLAR
"O, mənim qızım deyil, lakin..." - Hamlet İsaxanlı
Qəzzada daha 113 fələstinli həlak olub - 300-dən çox yaralı var
Yaqub Məmmədovun oğlu prorektor təyin olunub
Tariximizin yaşayan canlı yaddaşı - Akademik Nailə Vəlixanlı
Ağcabədidə keçmiş məhkum saxlanılıb
Zərdabda azyaşlıya toy etmək istəyiblər
Xankəndidə müğənni həbs edilib - Səbəb
Uşaq bağçasının müdiri vəzifədən çıxarıldı
Sabah yağış yağacaq
Onlara yeni vəzifələr verildi
"Samsunspor" cinah hücumçusu transfer edib
Xəzər Universitetinə rektor təyin olunub
Qəzzada aclıq: daha 6 nəfər ölüb
İzmirdə təlim təyyarəsi qəzaya uğrayıb, ölən var - FOTO
Ali Məhkəmə ad, soyad və ata adının dəyişilməsi ilə bağlı vahid qərar verdi - DETALLAR
"Karta 10 manat pul yükləyirik, 2 günə bəs edir" - ATV gedişhaqlaır ilə bağlı maraqlı süjet yaydı (VİDEO)
Elgün Səmədov nazirin müşaviri təyin edilib
Akart iki beynəlxalq mükafata layiq görüldü
“Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası işıq üzü görüb
Əliyevlə Putin belə salamlaşdı - Pekində + VİDEO
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində belə görüşdü - VİDEO
"Rizespor" qapıçı transfer edir