Tariximizin yaşayan canlı yaddaşı - Akademik Nailə Vəlixanlı
03-09-2025 [14:40]
Tariximizin araşdırılması və bu sahədə dəyərli töhfələr verən alimlərin həyatını qələmə almaq olduqca məsuliyyətli, eyni zamanda qürurverici bir vəzifədir. Azərbaycan Milli Tarix Muzeyinin direktoru, görkəmli alim, akademik Nailə xanım Vəlixanlı bu şərəfli missiyanı öz həyatının əsas qayəsinə çevirərək, müdriklik zirvəsində uğurla fəaliyyət göstərir. Onun elmi və ictimai fəaliyyəti, tariximizə göstərdiyi xüsusi diqqət, həmçinin gənc nəsillərə örnək olacaq həyat yolu böyük dəyərə malikdir.
Nailə xanımı ilk dəfə bu ilin aprel ayında, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşəbbüsü ilə keçirilən "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" adlı layihəsinin seminarında görmüşdüm. Gözlərimin qarşısında bir tarix, bu elmin canlı təbliğatçısı, hamisi və ən əsası tariximizin yaşayan canlı yaddaşı öz məğrur duruşu ilə göz qamaşdırırdı. Onun məğrur duruşu, ciddiyyəti və daxili zənginliyi auditoriyada olan hər kəsə dərindən təsir etmişdi.
Çıxışı zamanı səsləndirdiyi xatirələr, verdiyi dəyərli öyüd-nəsihətlər və apardığı genişmiqyaslı elmi tədqiqatların ölkəmiz üçün əhəmiyyəti bu gün də yaddaşımda dərin iz buraxıb. O, yalnız bir tarixçi deyil, eyni zamanda milli kimliyimizin formalaşmasında əvəzsiz rol oynamış qadınlarımızdandır.
Nəticə etibarilə, akademik Nailə Vəlixanlı kimi şəxsiyyətlər xalqımızın milli yaddaşının qorunmasında, tariximizin unudulmamasına və gələcək nəsillərə doğru şəkildə ötürülməsinə xidmət edən əvəzsiz elm fədailəridir.
Onun ömür yolu, yorulmadan apardığı tədqiqatlar, gənclərə verdiyi dəyər və Vətənə bağlılığı bizlər üçün həm ilham mənbəyidir, həm də böyük bir örnəkdir. Belə ziyalıların varlığı ilə tariximiz daha da işıqlanır, milli kimliyimiz daha da möhkəmlənir. Tarixi yaşadan, onu sevdirən və gələcəyə daşıyan insanlar heç vaxt unudulmur — Nailə xanım Vəlixanlının elmimizdə qoyduğu unudulmaz iz kimi...
Sənan Hüseynov
MİA.AZ
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."