Pakistanın Pəncab əyalətində güclü sel: 300 minə yaxın insan təxliyə olunub

img

03-09-2025 [17:30]


Pakistanın Pəncab əyalətində son 48 saatda güclü musson yağışlar daşqınlar yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bölgədəki çaylarda suyun səviyyəsinin qalxması səbəbindən təxminən 300 min insan təhlükəsiz bölgələrə təxliyə olunub.

Məlumata görə, Müzəffərqarh rayonunda onlarla kənd, o cümlədən Hindistan sərhədinə yaxın Naroval və Sialkot kəndləri demək olar ki, su altında qalıb: "Ümumilikdə əyalətin 33 min kəndində 3,3 milyondan çox insan daşqınlardan zərər çəkib. Zərərin qiymətləndirilməsi işləri davam edir. Əyalət hökuməti evlərini itirənlərə təzminat ödəyəcək".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 03.09.2025

Sabah yağış yağacaq