“Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası işıq üzü görüb
03-09-2025 [10:32]
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası işıq üzü görüb.
Mia.az-a verilən məlumata görə, monoqrafiya şәbәkә sosiallığı vә rәqәmsallaşma şәraitindә siyasәtin, ideologiyanın vә medianın fәnlәrarası tәhlilinә hәsr olunub.
Kitab iki hissәdәn – praktiki (tәtbiqi) vә nәzәri (konseptual) hissәlәrdәn ibarәtdir, hәr birindә fәsillәr hәm müstәqil araşdırmanı, hәm dә vahid süjet xәttinin hissәlәrini tәşkil edir.
Kitabın “tәtbiqi” adlanan hissәsindә siyasәt, dövlәt idarәçiliyi, ideologiya vә media mәsәlәlәri dövrümüzün yeni çağırışları işığında tәhlil edilir. Nәşr siyasi dünyanın postklassik mәnzәrәsi, şәbәkә sosiallığı vә onun öyrәnilmәsi metodları, sosio-kommunikativ texnologiyalar (memlərin yaradılması texnologiyaları), sosiallığın mifologiyası, siyasәtin medialaşması, informasiya müharibәlәri, kiber-simulyakrlar, feyklәr (post-hәqiqәt, post-mәxfilik), kibertәhlükәsizlik, onlayn (şәbәkә) siyasi sәfәrbәrlik, yeni epistemoloji paradiqma kimi böyük verilәnlәr, hakimiyyәt fәlsәfәsi problemlәri, dövlәt idarәçiliyi fәlsәfәsinin aparıcı kateqoriyaları, dövlәt idarәçiliyindә yeni tendensiyalar, müasir siyasi idarәetmәdә internet-texnologiyalarından istifadә, potensial risklәrin idarә edilmәsi, siyasi şüur, rәqәmsal diplomatiya, media mәdәniyyәti, media tәcrübәlәri, sosial medianın kommunikasiya arxitekturası, simvolik siyasәt, mәna istehsalı, ideologemlәr, yumşaq güc, mentalitet vә s. kimi mәsәlәlәri әhatә edir.
“Nәzәri” hissәdә modernlәşmә, elitalar, postmodernlәşmә, qlokallaşma, beynәlxalq münasibәtlәr vә beynәlxalq hüquq kontekstindә postmodern, dialoq fәlsәfәsi, multikulturalizm vә s. kimi mәsәlәlәr tәhlil edilir.
Monoqrafiya alimlәr, sosial elmlәr sahәlәri üzrә mütәxәssislәr, filosoflar, politoloqlar, siyasi strateqlәr, dövlәt qulluqçuları, ictimaiyyәtlә әlaqәlәr şöbәsinin әmәkdaşları, media işçilәri, diplomatlar, eyni zamanda müasir siyasәt, siyasәt fәlsәfәsi, siyasi sosiologiya, siyasi psixologiya, siyasi antropologiya, siyasi coğrafiya (geosiyasәt), dövlәt idarәçiliyi, medialogiya mәsәlәlәri ilә maraqlanan geniş oxucu kütlәsi üçün nәzәrdә tutulub. Kitab dәrs vәsaiti kimi istifadә oluna bilәr.
Kitab müәllifin әvvәlki monoqrafiyalarında vә bu istiqamәtdә tәdqiqatlarında tәqdim etdiyi fikirlәri davam vә inkişaf etdirәn müstәqil tәdqiqatdır. Qeyd edək ki, müəllifin “The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism” (Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm) adlı bundan əvvəlki monoqrafiyası dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən çap olunub. Eyni zamanda bu kontekstdə Rzayevanın digər tədqiqatlarını da qeyd etmək olar: “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (Bakı, 2015), Незападная современность в дискурсе постмодерна и культурной полифонии” (Bakı, 2015), “Rus vә Azerbaycan Kaynaklarında Türk Modernleşmesi” (Ankara, 2012)) monoqrafiyaları, “Complex Migration of Global Citizens” (United Kingdom, Oxford, 2014) adlı kitabda “Multiculturalism as Plural Modernities” adlı fәsli, “İnterdisciplinary Perspectives on Social Sciences” (Cambridge Scholars Publishing, 2014) adlı kitabda “ `Alternative` Modernisms in the Discourse on Postmodern” adlı fәsli vә müasirliyin çağırışlarına hәsr olunan 180-dәn çox nәşri.
Müәllifin dәyişәn müasirlik vә siyasәt dünyasının postklassik mәnzәrәsi mövzusunda mәruzәlәri dünyanın aparıcı elm mәrkәzlәrindәn olan Oksford vә Kembric universitetlәrindә keçirilәn konfranslarda tәqdim olunmuşdur.
Elmi tәdqiqatların nәticәlәri, siyasәtin paradiqmal tәhlilinin tәrkib hissәsi kimi qeyd olunan müәyyәn müddәalar vә tezislәr hәm ölkә daxilindә, hәm dә dünyanın bir çox ölkәsindә (İspaniya, Böyük Britaniya, İtaliya, Fransa, Cәnubi Koreya, Yunanıstan, Avstriya, Türkiyә, Rusiya, Litva, Kipr, Belarus, Gürcüstan vә s.) yüzdәn artıq beynәlxalq konfranslarda mәruzә edilmişdir.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı