İran prezidenti Çin liderinin xanımı ilə əl tutmadı - VİDEO

img

03-09-2025 [15:55]


Məlum olduğu kimi, bu gün Çinin paytaxtı Pekində genişmiqyaslı hərbi parad keçirilib. Tiananmen meydanında baş tutan tədbiri 20-dən çox dövlət və hökumət başçısı izləyib.

Mia.az xəbər verir ki, paradı izləyənlər arasında İran Prezidenti Məsud Pezeşkian da olub.

O, tədbirə qızı Zəhra ilə qatılıb. Paradın əvvəlində Çin Sədri Si Cinpin həyat yoldaşı Pen Liyuan ilə qonaqları qarşılayıb.

M.Pezeşkianla qızının qarşılanması isə maraqlı anla yadda qalıb.

Belə ki, S.Cinpinlə əl sıxaraq görüşən M.Pezeşkian dini qaydalara əsasən qadınla əllə görüşməyərək kənardan salamlaşıb. Salamlaşmanın görüntülərindən Liyuanın İran prezidentinin bu addımını anlayışla qarşıladığını görmək mümkündür. 

Həmin görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA