Xalça Muzeyinin Uşaq şöbəsi müsabiqə elan etdi - Şərtlər

img

31-10-2015 [18:09]


"Azərbaycan Xalçası günü” adlı peşə bayramı qeyd olunacaq.

Azərbaycan Xalça Muzeyinin Uşaq şöbəsi "Azərbaycan Xalçası günü” ilə əlaqədar uşaqlar arasında MÜSABİQƏ elan edib.

Muzeydən Mia.az-a daxil olan məlumata görə, 16 noyabr 2015-ci il tarixində Azərbaycan Xalça Muzeyində "Azərbaycan Xalçası Günü” adlı peşə bayramı qeyd olunacaq. Dekorativ, rəngarəng və çox böyük mədəniyyət tutarına malik olan xalçaçılıq sənətimizi yaşatmaq və gələcək nəsillərə daşımaq üçün Azərbaycan Xalça Muzeyi yorulmadan çalışır və bu sənət incisinin uşaqlarda da maraq yaratması üçün muzeydə bir çox tədbirlər həyata keçirir. 

Bu məqsədlə Muzeyin Uşaq şöbəsi Milli sənətimizə marağı olan uşaqlar arasında müsabiqə elan edir.

ŞƏRTLƏR: 

Dekorativ tətbiqi sənət nümunələri; 

Rəsm əsərləri; (A3 formatinda sulu boya, yağli boya, akril, quaş, aplikasiya)

https://web.facebook.com/rufat.resul.

Email: [email protected]

Ünvan: Azərbaycan Xalça Muzeyi

Mikayıl Useynov, 28
Email: [email protected] 
Əlaqə:(012) 497 20 16



Digər xəbərlər
SON XƏBƏRLƏR