Bakıda tullantılar arasından silah-sursat aşkar olundu - SİYAHI

img

06-08-2015 [16:02]


"Təmiz Şəhər” ASC-nin zavodunda tullantılar arasından silah-sursat aşkar olunub

ASC-dən Mia.az-a verilən məlumata görə, "Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub. Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri avqustun 5-də polisə təhvil verilib.

"TəmizŞəhər” ASC-in polisətəhvilveridyisilah-sursat hissələri bunlardır:

1)60 ədəd 5.45 çaplı patron
2)189 ədəd 7.62 çaplı patron
3)31 ədədkiçikçaplı patron
4)3 ədəd 30 mm çaplı mərmi
5)1 ədəd avtomat darağı
6)1 ədəd F1 əl qumbarasının korpusu 
7)1 ədəd pnevmatik tapança
8)1 ədəd tüstü fişəngi

Qeyd edək ki, "Təmiz Şəhər” ASC-ə aid  tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssiəsələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan  əşyalar aşkarlandıqda aidiyyatı qurumlara təhvil verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:06 20.05.2025

Daha üç qanun dəyişir