"Qollarımı qandallayıb apardılar..." - Nehrəmli iş adamı (VİDEO)

img

28-05-2015 [23:06]



"Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli sərbəst buraxılması haqqında ilk dəfə televiziyaya açıqlama verib. 

 Ans-ə danışan Nehrəmli mətbuatda onunla bağlı yayılan informasiyalara öz münasibətini bildirib:

"Günorta saatlarında ora getdim. Məni kimsə qəbul etmirdi. Bundan sonra bir-iki adamdan xahiş etdim ki, məni qəbul etsinlər, gəlib qapıda qalmışam. Sonra çox hörmətlə qəbul etdilər. Axşam saat 8-ə qədər yuxarıda gözlədim. Bu müddət ərzində kimsə mənə bir söz demədi. Gəlib qollarımı qandallayıb aşağıya apardılar. Bir-iki gün orada qaldım. Amma orada qalmağımın səbəbini bilmədim. Daha sonra saxlanılmağımın səbəbi məlum oldu ki, kredit borcum var. Kreditin vaxtı keçdiyinə görə, faiz borcu 1 milyon 500 mini keçib. Kredit borcumu iki günə ödədikdən və problemin həll olunandan sonra azadlığa buraxıldım".




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA