28-05-2015 [17:40]
Azərbaycandakı kriminogen durumun hüquq - mühafizə orqanlarının tam nəzarətində olması faktdır. Məhz bu səbəbdəndir ki, əslən azərbaycanlı olan "oğru"lar ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə üstünlük verirlər. Ancaq onların qürbəti seçmələri heç də əllərini Vətəndən birdəfəlik üzmələri anlamına gəlməməlidir. Çünki Azərbaycanın "cinayət aləmi"ndə külli miqdarda "qara pul" dövriyyəsinin olması "oğrular"ı bura həssas yanaşmağa, öz mövqelərini daha da möhkəmləndirməyə vadar edir.
Məlum olduğu kimi, hazırda Azərbaycanın kriminal aləminə nəzarət uğrunda açıq savaş "oğru" dünyasında böyük nüfuza malik iki şəxs arasında gedir. Bunlar - "Quli" ləqəbli Nadir Səlifovla, "Lənkəranski" kimi tanınan Rövşən Canıyevdir.

Strateq.az-a bu nüfuz savaşının Azərbaycana aid hissəsilə bağlı yeni faktlar məlum olub. Kriminal aləmə yaxın olan mənbənin verdiyi məlumata görə, hazırda "Quli” "Rövşən Lənkəranski”yə aidiyyəti olan bir neçə mövqeni ələ keçirməyi bacarıb: " Qulinin xeyir-duası ilə artıq Azərbaycanın "polojeniya”sına"Tank Sabir” adlı kriminal avtoritet baxır. Azadlığa yenicə buraxılan Sabir silsilə adam oğurluğuna görə uzun müddət həbsdə olub. Son həbsində rastlaşdığı hadisə onu qatı anti-"Lənkaranski” olmağa vadar edib. Sabir həbsinin böyük hissəsinin keçdiyi 11 saylı "zon”un "polajeniyasına” baxıb. Həmin dövr ərzində onun etdiyi haqsızlıqlardan bəzi "oğru”lar, o cümlədən "Lənkəranski” bərk narazı olub. Rövşən Canıyev son həbsi zamanı Sabirlə "razborka” etməyə nail ola bilib. "Kürdəxanı” türməsində saxlanılan "Lənkəranskı” "Tank Sabiri” söhbətə çağırıb. Həmin vaxt Qobustanda "krıtı” çəkən Sabir çağırışa getməyə bilməzdi. O, bilərəkdən özünün əlində qadağan edilən telefonu tutdurur. Sabir bunu "Lənkəranski” ilə görüşmək üçün edir ki, ona yeni cinayət işi açılsın və istintaq üçün "Kürdəxanı” türməsinə göndərilsin. "Lənkəranski” Sabiri özünün oturduğu 4 saylı kameraya gətizdirir. Sabirdən edilən "sprosun” bədəli ağır olur. "Oğru” və onun ətrafı Sabiri gecədən səhərə kimi döyürlər. Sonra da "Tank Sabir” barəsində pis "praqon” buraxılır”.
Mənbəmizin dediyinə görə, əslən Xızı rayonundan olan və hazırda Yasamalda yaşayan "Tank Sabir” çox sərt və dözümlü adam kimi xarakterizə olunur: "Şübhəsiz ki, "Quli” bu şansı buraxmazdı. O, "düşmənimin düşməni mənim dostumdur " devizilə hərəkət edərək, Sabiri öz tərəfinə çəkməyi bacarıb. Sabirin "oğru” olan "Yasamal Yunus”la yaxın qohumluğu "Quli”nin işinə bərk yarayır”.
Mənbəmiz "Quli”nin kriminala meylin çox olduğu Bakı kəndlərində də vəziyyəti öz xeyrinə dəyişə bildiyini söyləyir. Onun sözlərinə görə, bu irəliləyiş "Bülbülə Tahir” kimi avtoritetin neytrallaşdırılmasından sonra nəzərə çarpır: "Kriminal aləmdə "Bülbülə Tahir” kimi tanınan şəxs nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanında böyük nüfuza malikdir. Hətta Rusiyanın ən iri şəhərlərində olan obyektlərdən ona xərac ödənilir. Uzun sürən həbsdən yenicə azad edilən Tahir "oğrular” arasındakı konfliktə qarışmamaqla maksimum dərəcədə neytrallığını qorumağa çalışıb. Bu da "Quli”yə sərf etməyib. Çünki onu yalnız beyət qane edə bilərdi. Buna nail olmaq üçün "Quli” Sabunçuya təyin etdiyi Natiq adlı "polojeneç”i Tahirin üstünə göndərir. Bakı kəndlərinin birində olan toyda tərəflər arasında yaranan insidentdən Tahir ətrafındakı adamların köməyilə güclə canını qurtara bilir və dərhal Türkiyəyə qaçır. Hazırda "Bülbülə Tahirin” Türkiyədə yaşadığı bildirilir. "Rövşən Lənkəranski”nin klanının Türkiyədə yaxşı məskunlaşa bilməsini, həmçinin əksər "razborka”larının orda aparmasını nəzərə alsaq, onda Tahirin həmin klanla anlaşdığı şübhə doğurmur”.
Mənbəmizin dediyinə görə, yaxın vaxtlarda "Lənkəranski”nin Tahirə Azərbaycanın "vəziyyətini” tapşıracağı proqnozlaşdırılır: "Tahirlə Sabirin konfliktinin olması "Lənkəranski”yə lap sərfəlidir. Çünki 11 saylı "zon”da yaşanan bir hadisə hələ də çözülməmiş qalır. Həmin vaxt "zona” göndərilən Tahir "Tank Sabir” tərəfindən yaxşı qarşılanmayıb. İddialara görə, "iki qoçun başı bir qazanda qaynamaz” prinsipini əsas tutan Sabir o vaxtkı rəis Məmmədəli Zeynalovun köməkliyilə Tahiri "zon”dan başqa yerə göndərtdirib”.
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu