Məhkəmə qərar verdi, "Azəriqaz" saymadı - Qarabağ əlilləri "üsyan" həddinə çatıb

img

18-05-2015 [00:32]


Bir ilə yaxındır "Azəriqaz" İstehsalat Birliyindən ixtisara salınan Qarabağ əlilləri öz əmək hüquqları uğrunda məhkəmə cəkişməsindən qalib ayrılsalar da, məhkəmə qərarının icrası mümkün olmayıb.

Mia.az xəbər verir ki, Nəsimi rayon QİS-də 12 nəfər qəza-bərpa işləri üzrə çilingərdən 6-sı ixtisara düşüb: "4 nəfər başqa təşkilata təmir-tikinti idarəsinə yönləndirilsə də, 2 nəfər Qarabağ müharibəsi veteranı Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Əmək Məcəlləsinin 78 və 79-cu maddələrini rəhbər tutaraq, Qarabağ veteranlarının xeyrinə qərar verib. "Azəriqaz"ın apellyasiya şikayətləri də Qarabağ veteranları - Əhməd Fazil oğlu Rəhmanovla Adil Əhməd oğlu Süleymanovun xeyrinə yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsinin də qüvvədə saxladığı qətnamə isə bu günədək icra olunmayıb".

Əhməd Rəhmanov Mia.az-a deyib ki, "Azəriqaz" rəhbərliyi hər dəfə bir bəhənə ilə Azərbaycan dövlətinin adından çıxarılan qətnamənin icrasını həyat keçirmir: ""Azəriqaz" Azərbaycan qanunlarını saya almır. Bu üzdən də biz işimizə dönə bilmirik. Hər dəfə bir bəhanə gətirirlər. İndi də məhkəmə icraçılarına deyirlər ki, guya Nəsimi QİS-də uzun muddətdir qəza-bərpa işləri üzrə çilingər vəzifəsi yoxdur, amma sizə təqdim elədiyimiz sənəd bunun tam əksinin göstərir. Burada  ortaya bir neçə sual çıxır. "Azəriqaz" və onun tabeliyində Nəsimi Qaz istismar sahəsinin rəisi Məcid Kərimli qanunlardan üstündürmü? Ona bu əlahiddə qanunsuluğu kim tanıyıb və nədən? Axı, bu məmurlar canını bu Vətən yolunda qoyan veteranlara niyə belə yanaşmalıdır?! Biz ki kimsədən haqqımızı olmayanı istəmirik ki!. Biz qanunlarla tanınan halal haqqımızı istəyirik. Çox təəssüf ki, Azərbaycanın ədliyyə sistemi hansısa bir xırda məmurun öhdəsindən gəlib, qanunun aliliyini təmin edə bilmir".

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA