Bakıda sevqilisi ilə görüşən oğlanı vəhşicəsinə döydülər

img

12-05-2015 [16:10]


Bakıda sevgilisi ilə evdə yaxalanan oğlanı döyüblər.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, hadisə 7-ci mikrorayon, dairəvi yolun yaxınlığında yerləşən mənzildə baş verib. Abşeron rayon sakini, 26 yaşlı Ağasəf Səfərov (ad və soyadlar şərtidir) həmin mənzildə sevgili münasibətində olduğu Gülər adlı qadınla görüşüb.

Qəfildən evə qızın qohumları basqın ediblər və onlar A.Səfərovu döyüblər. Bundan sonra həmin şəxslər 26 yaşlı oğlanı avtomobillə Novxanı qəsəbəsindəki bağ evinə gətirərək, orada yenidən amansızlıqla döyüblər.

Polisə müraciət edən A.Səfərov onu döyən şəxsləri tanımadığını və Novxanıya aparıldığı maşının nömrəsini xatırlamadığını deyib.

26 yaşlı oğlanın müraciəti əsasında araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA