Bakıda polis idarəsində qan töküldü

img

07-05-2015 [12:37]


Bakının polis idarəsində qan tökülüb.

Milli.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsində (RPİ) saxlanılan 33 yaşlı Fərid Axundov özünü bıçaqlayıb. Polis əməkdaşları onu yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Yaralı əməliyyat olunub.

Nizami RPİ hadisə ilə bağlı açıqlama verməsə də, sayt bəzi təfərrüatları əldə edib. Özünə xəsarət yetirən şəxsin narkotik aludəçisi olduğu deyilir. O, polis əməliyyatı zamanı ələ keçib və idarəyə aparılanda özünü vurub.

Hazırda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA