Qaxda icra hakimiyyətinin maşını qəzaya düşdü: ölən var

img

06-05-2015 [17:36]


Azərbaycanda rayon icra hakimiyyətinə məxsus avtomobil körpüdən düşüb. Mia.az "Report”-a istinadən xəbər verir ki, hadisə Qax şəhərində baş verib.
Belə ki, Qax Rayon İcra Hakimiyyətinə məxsus (RİH) "34 AA 054” dövlət nömrə nişanlı "QAZ 3110” markalı avtomobil Kürmük çayı üzərindəki körpüdən düşüb.
Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxs Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid Əhmədovdur. Yaralıların adları dəqiqləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA