“On dörd aydır heç nədən içəridəyəm”- AMAY Abdulla

img

04-05-2015 [13:28]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY Abdulla" kimi tanınan Abdulla Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 


 A.Abdullayevin vəkili Osman Kazımov çıxış edərək ittiham aktında kreditlərin təyinatı üzrə xərclənməməsi halının mənimsəmə kimi qeyd edildiyini bildirib. Vəkil "AMAY Abdulla" haqda həbs-qətimkan qərarının ev dustaqlığına dəyişdirilməsi və cinayət işinə xitam verilməsi haqda vəsatət verib. Vəsatət təmin olunmayıb.

Abdulla Abdullayev bildirib ki, istintaq prosesinin bir günün içində başlanması və eyni gündə ittihamın irəli sürülməsi hər şeyin əsassız olduğunu göstərir: "Cəzamı verin çıxım gedim. On dörd aydır heç nədən içəridə oturmuşam". 

Bundan sonra hakim cinayət işi üzrə zərərçəkənlərin məhkəməyə məcburi gətirilməsi haqda qərar verib. Növbəti iclas sabah keçiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA