Gədəbəydə kütləvi dava - yaralılar var

img

04-05-2015 [12:21]


Gədəbəyin Şəkərbəy kəndində örüş sahəsi üstündə dava düşüb, iki nəfər yaralanıb.

Gədəbəy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə mayın 3-də rayonun Şəkərbəy kəndi yaxınlığında olan yaylaqda baş verib.

Orada fermer təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir neçə nəfərlə orada heyvanları üçün yay örüşü təşkil etmək istəyən rayonun Sarıhacallı kəndin 4 nəfər sakini arasında dava düşüb. Dava zamanı Sarıhacallı kənd sakini, 1950-ci il təvəllüdlü Əntiqə Alıyev və onun oğlu, 1974-cü il təvəllüdlü Bayram Alıyev döyülərək bədənin müxtəlif yerlərinin əzilmiş çapılmış yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Yaralılar döyüldükdən sonra yaylaq itləri tərəfindən dişləndiklərini bildiriblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA