77 yaşlı qayınata kürəkənini öldürdü

img

30-04-2015 [12:28]


Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib.

Mia.az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Vaqif oğlu Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb. Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini deyiblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub. Müəyyən edilib ki, E. Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirilib.

Hadisəni törədən T. Bağırov saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA