Yol Polisindən saxtakarlıq - başqasının cəriməsini aidiyyatı olmayana "yükləyib"lər

img

27-04-2015 [12:41]


İmişli rayon sakini Əlibala Əliyev bir müddət bundan əvvəl sürücülük hüququndan məhrum edilib.

Bu haqda məlumatı o, Avropa.info-ya ünvanlandığı şikayət məktubunda bildirib. Ə. Əliyevin dediklərinə görə, ümumiyyətlə, özünə aid olmayan və tanımadığı bir avtomobilin cərimələri onun sürücülük vəsiqəsinə yazılıb:

"Mənim idarə etmədiyim 14-BC-843 dövlət nömrə nişanlı avtomobilin cərimələri Xəzər rayon DYPŞ tərəfindən mənim sürücülük vəsiqəmə yazılıb və sonradan bilmişəm ki, mən sürücülük hüququndan məhrum olunmuşam.”

Ə. Əliyev daha sonra məsələni araşdırmaq üçün Xəzər rayon Dövlət Yol Polisinə gedib. Oradan onu BŞBYPİ-nə, daha sonra oradan isə İmişli rayon yol polisi idarəsinə göndəriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA