Nazir oğlunun otelində şübhəli yanğın - VİDEO

img

25-04-2015 [14:23]


Bakıda tikilməkdə olan binada yanğın başlayıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Nəsimi rayonunda yerləşən "Trump tower” otelinin yaxlığında inşa olunan yeni binada yanğın baş verib.Tikilməkdə olan binanın zirzəmisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Əməliyyat davam edir.
 
Qeyd edək ki, "Trump tower” otelinin nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova məxsus olduğu bildirilir. 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA