Bakıda növbəti quldurluq: maskalılar evə basqın ediblər

img

21-04-2015 [12:51]


Bakıda quldurluq hadisəsi baş verib.

 Lent.az-ın məlumatına görə, Xətai rayonu General Şıxlınski küçəsindəki bina evində yaşayan 1991-ci il təvəllüdlü Əliyeva Xatirə Adil qızı başına gələnlərlə bağlı polisə müraciət edib. 24 yaşlı qadın bildirib ki, aprelin 20-də yaşadığı mənzildə tək olarkən bir otaqdan digərinə keçib. Bu zaman o, otaqda iki nəfər maskalı şəxs görüb. Həmin şəxslər dərhal X.Əliyevanı tapança ilə hədələyərək tutublar və əl qolunu, eləcə də ağızını yapışqan lentlə bağlayıblar.
 
Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürərək uzaqlaşıblar.
 
Hazırda müraciət əsasında araşdırmalar aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA