Azərbaycana 20 kq narkotik keçirmək istəyən iranlı tutuldu

img

16-04-2015 [13:31]


Biləsuvar Gömrük İdarəsinin əməkdaşları 20 kiloqramdan artıq narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, İdarə əməkdaşlarıtərəfindən Füzuli rayonu ərazisində Su Elektrik Stansiyasının qarşısından keçən maşın yolunun kənarında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələri satmaq istəyənİran İslam Respublikası vətəndaşları Aşena Murtuza Cahangir oğlu, Xəlili Səccad Əyyub oğlusaxlanılmış və onlara məxsus iki ədəd idman çantasına baxış keçirilib.

Baxış zamanı idman çantalarının birində polietilen paketlərdə qablaşdırılmış 10 ədəd dördbucaq formalı bağlamalarda, digər çantada isə eyni formalı 11 ədəd bağlamada , ümumi xalis çəkisi 20 kiloqram 390 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmə faktına görə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə İran İslam Respublikasının vətəndaşları Aşena Murtuza Cahangir oğlu və Xəlili Səccad Əyyub oğlu şübhəli şəxs qismində tutulmuş, onlara Azərbaycan Respublikası CM-nin müvafiqmaddələri ilə ittiham elan edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA