Daha bir hakimi cəza gözləyir - Araşdırma başlayıb

img

15-04-2015 [18:03]


Yasamal rayon məhkəməsinin hakimi Anar Rzayev barəsində intizam icraatı başlanılıb. Buna səbəb Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlərin araşdırılmasının nəticələri olub.
 
Məlumata görə, Yasamal rayon məhkəməsinin hakimi A.Rzayevin işində süründürməçiliyə yol verməsi, insan hüquq və azadlıqlarının qorunmasında bürokratik əngəllər yaratması haqqında ayrı-ayrı vətəndaşlardan Şuraya şikayətlər daxil olub. İlkin araşdırma nəticəsində A.Rzayev tərəfindən işlərə baxarkən qanunvericiliyin tələblərinin pozulması üzə çıxıb. Məhkəmə Hüquq Şurasının qərarı ilə A.Rzayev barəsində intizam icraatı başlanılıb. Prosedura uyğun olaraq, araşdırmanın nəticəsində hakim A.Rzayev barəsində qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehi görülə bilər. 
 
Qeyd edək ki, Anar Rzayev 2010-cu ildən Yasamal rayon məhkəməsinin hakimi vəzifəsində işləyir(Analitik.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA