Azərbaycanda ana və övladlarını güllələdilər - Şok olay

img

15-04-2015 [15:37]


Ötən gün Salyan rayonunda bir ailənin 3 üzvü güllələnib.

Mia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Yenikənd kəndində baş verib.

Kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.

R.Məmmədov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etidiyi müvafiq sənədi olmayan "TOZ-8” markalı tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA