Gəncədə şok olay - Vətəndaşın evini partlatdılar (FOTOLAR)

img

10-04-2015 [17:39]


Bu gün səhər saatlarında Gəncədə partlayış baş verib. Kəpəz TV-nin verdiyi məlumata görə, hadisə saat 04 radələrində Rahib Məmmədov küçəsi, ev 26 ünvanında, Pərviz Hüseynova məxsus evdə qeydə alınıb.

Kimliyi hələ istintaqa bilinməyən şəxs və ya şəxslər Pərviz Hüseynova məxsus evin pəncərəsini çöl tərəfdən qarşısına partlayıcı maddə yerləşdirərək güclü partlayış törədiblər. Hadisə nəticəsində xəsarət alan olmasa da, evin yataq otağına ziyan dəyib.

Ev sahibinin sözlərinə görə, partlayıcı maddənin içərisində müxtəlif ölçülü mismarların olması otaqdakı bütün əşyaları, mebeli, tavanı, qapını zədələyib. Hadisə vaxtı otaqda yatan iki nəfər xəsarət almayıb.

Ev sahibəsi Fəranə Hüseynova hadisənin kim tərəfindən törədillməsi barədə heç bir təsəvvürü olmadığını bildirib: "Gecə saat 4 idi. Yatırdıq. Birdən gurultulu səs çıxdı, ayıldıq ki, ev tüstüdür təmiz. Pəncərələr qırılmışdı, özümüzü təmiz itirdik. Vallah, heç kimlə elə ədavətimiz də yoxdur ki, belə bir hərəkət olunsun. Ancaq şikayətçiyik ki, tapılsın, cəzası verilsin, hər kimdilərsə..."

Hadisə şahidi Selyan Məmmədova bildirib ki, partlayış o qədər güclü olub ki, qonşuluqda yerləşən evlərə də zərər dəyib: "5-ə işləmiş bir də çığırdılar ki, ev partladı. Oğlum çıxdı küçəyə, o tərəfə -bu tərəfə qaçdı, ancaq heç kimi görə bilmədi. Qonşular hamısı çıxdılar çölə, onların da evini o günə qoyub, partlayış bizim də evin pəncərələrinin şüşələrini töküb".

Dərhal hadisə yerinə FHN-nin yerli qurumları və polis əməkdaşları cəlb olunsa da, yuxarıda qeyd etdiyimiz kimi, partlayışın kim tərəfindən və hansı məqsədlə törədildiyi hələ məlum deyil.




















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA