Azərbaycan həbsxanasında daha bir dəhşət: Məhkum özünü doğradı

img

06-04-2015 [18:38]


Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd olub. 

AzNews.az xəbər verir ki, məhkumlardan biri həbsxana rəhbərliyinə etiraz əlaməti olaraq, damarlarını kəsib. Zərərçəkmişin yaxınlarının dediyinə görə, o, həbsxana rəhbərinin onu "kars”a salmasına etiraz edib: ”Hazırda onun vəziyyəti ağırdır. Qorxularından xəstəxanaya da aparmayıblar. O da çoxlu qan itirib. Hazırda onun vəziyyəti kritikdir”.

Məsələ ilə bağlı Penitensiar Xidmət heç bir münasibət bildirməyib. Qurumun mətbuat xidmətindən deyilib ki, hadisə barədə yalnız sorğu vasitəsi ilə cavab verilə bilər. Lakin AzNews.az rəsmi sorğu göndərdikdən sonra, nə ona cavab verilib, nə də edilən saysız-hesabsız telefon zənglərinə. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA