Icra başçısı müavininin qardaşı qəzaya düşdü

img

05-04-2015 [23:58]


Bir neçə gün öncə Lerik rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyevin qardaşı Zəfər Baxşiyev ağır qəza keçirib. Hadisə rayonun Zuvand ərazisində baş verib. Z.Baxşıyev qəza keçirən zaman əmisi oğlu ilə birlikdə olub, hər iki şəxs ağır xəsarət alıb. 

Məlumatda bildirilir ki, qəzaya düşən hər iki şəxs sərxoş olub. 

Rayondan Bizimxeber.az-a daxil olan xəbərə görə, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Zəfər Baxşiyevin vəziyyəti ağırdır. 

Qeyd edək ki, Zəfər Baxşiyev bələdiyyə sədri vəzifəsində çalışır. Məhz buna görə də qəza ilə bağlı xəbər gizlədilir. Cəlil Baxşıyev məmur qardaşı ilə bağlı xəbərin mediada yayılmasını əngəlləməyə çalışır. 
Mövzunu diqqətdə saxlayacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA