20-02-2015 [12:19]
O, əvvəl Türkiyə gözəli seçildi, indi isə Türkiyənin ən seksual qadını...
Ekranlarda yeni yayımlanan "Asla vazkeçməm” adlı serialla ekranlara gələn Türkiyə gözəli Əminə Gülşə doğulub böyüdüyü İsveçrədən Türkiyəyə qayıdıb. Ailem.az Türkiyənin seksual gözəli Əminə Gülşənin "Hüriyyət” ə verdiyi müsahibəsini qısa olaraq təqdim edir.
Türkiyəyə tətilə gələn Əminə moda sahəsinə təsadüfən gəldiyini və əvvəl heç belə bir xəyalının olmadığını deyir: "Hobbim fotolar çəkmək idi. Küçəyə çıxıb aparatımla fotolar çəkirdim. Bir gün anamla televizora baxanda moda yarışmasının elanlarını gördüm. Müraciət etmək üçün anam da mənə dəstək oldu. Hər şeyin bu qədər tez olacağını xəyal belə etmirdim. Həyatım birdən-birə gözəl bir yöndə dəyişdi. Hər şeydən çox razıyam”.
- Gözəlliyiniz genetikdirmi ?
- Bəli, bizim sülalə çox gözəldir. Anam və atam uzun boylu, gözləri rənglidir. Atam "Qalatasaray”da məşqçi olduğundan İsveçrəyə transfer olunub. Anamla evləndikdən sora ora gediblər. Qardaşım və mən orda böyümüşük. Möhtəşəm bir uşaqlıq yaşadım. İstədiyim hər şeyə sahib oldum.
- Özünüzü isveçrəli, ya türkiyəli hesab edirsiz?
- İsveçrədə böyüdüm, oranın mədəniyyətinə öyrəşdim və oranı çox sevirəm. Ancaq ailəm türk olduğumu heç vaxt unutdurmadı. Qardaşımı və məni həmişə türk dili kurslarına göndərirdilər. Bura tez-tez gəlirdik. Ona görə Türkiyə həmişə mənim bir parçam olub.
- Türkiyə ilə İsveçrə arasında fərq nədir?
- Buralar mənim üçün daha əyləncəli və şəndir. İsveçrə isə soyuq, qaranlıq, depressivdir.
- İsveçrənin müsbət bir yanı yoxdur?
- İsveçrədə qəribə bir disiplin var. Orda görüşə bir dəqiqə belə gecikmək olmaz. Burdakı istiqanlılıq yoxdur. Kimsə sənə dönüb baxmaz. Türkiyəyə ilk gəldiyimdə insanların davranışları məni çox təəccübləndirdi. Amma artıq sevirəm.
- Özünüzü seksual hesab edirsiz?
- Seksual olmaq başqadır. Bəzən bədən quruluşu deyil, adi bir baxış, ya hərəkət qadını seksual göstərə bilər. Özümü gözəl hesab edirəm. Özgüvənim var. Ancaq seksual kimi yanaşmam yoxdur. Gözəlliyimə görə həmcinslərim tərəfindən çox qısqanclıq yaşamışam. Hətta "nə olsun gözəldi, axmaqdır” kimi tənqidlər də eşitmişəm. Oxumaq vacib deyil, insan yaşayaraq hər şey öyrənə bilər.
Şəxsi həyatı ilə bağlı suala isə belə cavab verib: "İlk sevgim 17 yaşımda olub. Amma hələ də həyatımda biri yoxdur. Kişiyə ayıra biləcəyim vaxtım da yoxdur. Kişinin görünüşü mənim üçün əhəmiyyətli deyil. Vacib olan hörmətcil olması, məni xoşbəxt etməsidir. Qısqanc olmasın. Gözəl, seksual Əminə Gülşə olaraq məni tanıyıb qəbul etsin”.
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb