20-03-2015 [13:49]
"Arxadan vurulan zərbə”, "Qanlı zəmi”, "Həm ziyarət, həm ticarət”, "Qorxma, mən səninləyəm”, "Cavid ömrü”, "Qəzəlxan”, "Yük”, "Seçilən”, "Milli Bomba” və digər filmlərdə özünəməxsus obrazlar yaradan aktyor son vaxtlar daha çox seriallarda görünür. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayevlə söhbətə də elə seriallardan başladıq.
Aktyorun maraqlı müsahibəsini təqdim edirik.
- Son vaxtlar sizi tamaşalardan, kinolardan çox seriallarda görürük…
- Seriallar deyəndə ki, hazırda iki serialda çəkilirəm - "Durnalar qayıdanda” və "Bir ailəm var”. "Bir ailəm var” artıq 200- ci seriyanı keçib.
- Serial ürəyinizcədirmi, rollarınızdan razısınızmı?
- "Bir ailəm var” daha çox ürəyimcədir. Peşəkar heyətlə yanaşı gənclər də bu serialda rol alıb. Elə serialın bir uğuru da bundadır ki, peşəkarlar çəkilir. Xalq artisti Həmidə Ömərova serialda mənim tərəf-müqabilimdir. Nə qədər ki, serial reytinq cədvəlində birincidir, davamı da çəkiləcək. Çünki əsas olan tamaşaçı rəyidir.
- Bəzən yerli seriallarımızı tənqid atəşinə tuturlar. Sizcə, bu nə dərəcədə doğrudur?
- Hesab edirəm ki, doğru deyil. Çünki yerli serial bazarı da inkişaf etməlidir. Yeni yaranan bazarda səhvlər də olacaq.
- Amma etiraf edək ki, seriallar aktyorları daha çox tanıdır, nəinki tamaşalar...
- Tamamilə razıyam. Çünki serialların auditoriyası daha genişdir. Ümumiyyətlə, hər zaman aktyorları publikaya tanıdan televiziya olub. Elə keçmişə nəzər salsaq, görərik ki, bizim bütün aktyorlarımız insanlara televiziya vasitəsi ilə tanınıblar. Bir televiziya vardı, bir dəfə efirə çıxan kimi bütün respublikada məşhur olurdun.
- Maraqlıdır, əcnəbi serialları izləyirsinizmi?
- Türk seriallarından yalnız "Möhtəşəm yüz il”ə baxırdım.
- Xoşunuza gəlirdmi?
- Maraqlı serialdır. İnsanların diqqətini öz üzərinə çəkə bildi.
- Türk serialları ilə müqayisə edəndə bizim seriallarımızda nə çatır, nə çatmır? Yaxud da aktyor oyunu nəylə fərqlənir?
- Əslində mən güclü fərq görmürəm. Azərbaycanlı aktyorlar heç də türk aktyorlarından geri qalmır. Sadəcə olaraq, ortada maliyyə fərqi var. Türklərin bir seriala, yaxud da bir aktyora xərclədiyi pulla müqayisədə biz çox geri qalırıq. Həm də bizdə serial istehsalı yenidir. Təbii ki, çətinliklərimiz də olacaq.
- Bildiyimə görə, Rusiyada da filmə çəkilmisiniz. Çəkiliş zamanı hansı fərqlərin şahidi oldunuz?
- Bəli, Rusiyada üç seriala çəkilmişəm. Onların rejissorları da, aktyorları da mənə deyirdilər ki, sizinlə işləmək çox asandır.
- Nə mənada?
- Deyirlər ki, bizim aktyorlarda peşəkarlıq yüksək səviyyədədir. Mən əcnəbilərin çəkildiyi bir filmdə rol almışdım. 20 ölkənin aktyorlarının rol aldığı həmin filmdə mənim oynadığım kadr bir dubla çəkilmişdi. Amma əcnəbi aktyorun adi bir telefonu burdan götürüb ora qoyması üçün azı 20 dubl çəkirdilər. Rejissor boğaza yığılırdı. Bizim aktyorlar peşəkardır, işini biləndir, sadəcə, uğurlu ssenrailər olmalıdr ki, öz məharətlərini göstərə bilsinlər.
- Həm də teatrda fəaliyyət göstərirsiniz. Maraqlıdır, özünüzü harda daha rahat və sərbəst hiss edirsiniz - səhnədə, yoxsa, çəkiliş meydançasında?
- Teatr mənə doğma olan məkandır. Ömrümün çox hissəsini səhnədə keçirmişəm.
- Yaxşı onda sualı başqa cür qoyaq - fərq nədədir?
- Film rejissorun əsəridir, auditoriyası böyükdür. Rejissor həmin filmdə improvizasiyalarından istifadə edə bilməz. Çünki mizanlar qurulur, kamera çəkir və s. Amma teatr səhnəsində bü gün elədiyin səhvi sabah düzəldə bilərsən. Kinoda bu mümkünsüzdür. Bir dəfə çəkilir, tarixə dönür.
- Səhnədə, çəkiliş meydançasında yəqin ki, ekstremal hadisələrlə də qarşılaşmısınız. Bəlkə yaddaqalan hadisələrdən bizə də danışasınız.
- Bələdiyyə Teatrında çalışdığım vaxtlarda olub belə şeylər. 40 dərəcə qızdırmam olub, ancaq tamaşaya gəlmək məcburiyyətində qalmışam. Bir dəfə "Nadir şah” tamaşasında Şah Təhmasibi oynayırdım. Teatrın rəhbəri Amaliya Pənahova zəng etdi ki, tez ol, tamaşa başlayır, dur, gəl. Dedim ki, "ölürəm, gələ bilmirəm”. Amaliya xanım cavabında nə desə yaxşıdır: "Ölürsən, gəl, teatrda öl”. Çarəsiz durub gəldim. Yaxşı ki, gəldim. 40 dərəcə temperaturla səhnəyə çıxdım. Maraqlıdır ki, ölmədim, əksinə, dərhal sağldım. Əslində aktyorluq elə bir sənətdir ki, istənilən vaxt səhnəyə çıxmağa hazır olmalısan. Xəstəlik bəhanə ola bilməz. Kazım Abdullayev xəstə ola bilər, Şah Təhmasib xəstə deyil, axı. Çox olub belə şeylər. Bir dəfə məşq etməklə səhnəyə çıxdığım vaxtlar olub. "Mesenat” tamaşasını oynayanda da rəhmətlik aktyor Kamal Xudaverdiyevin səsi tutulmuşdu. Qəfildən mənə dedilər ki, Kamal müəllimi əvəz eləməlisən. Mən Kamal müəllimdən xeyir-dua alıb səhnədə onu əvəz elədim.
- Sənət adamları arasında qalmaqlalar həmişə olub. Sizin də qalmaqal yaşadığınız həmkarınız olub?
- Mən belə şeylərdən qaçmışam. Çalışmışam heç kimin qalmaqalına qarışmayım. Çünki səhəri gün üz-üzə gəlirik. Gərək münasibətləri o həddə çatdırmayasan.
- Yəni küsülü olduğunuz aktyor yoxdur?
- Çalışıram, heç kimlə küsülü olmayım. Çünki ən azı həmin aktyorla səhnədə tərəf-müqabili ola bilərəm. Münasibətin olmayan həmkarınla eyni səhnəni bölüşmək xoşagəlməz haldır. Buna görə də elə xırdalıqlardan uzaq olmağa çalışıram.
- Maraqlıdır, bu gün hansı rolu oynamaq arzusundasınız?
- Açığını deyim ki, çox yorulmuşam. Akademik Milli Dram Teatrında çalışdığım 8 ildə 40 rolda oynamışam. Demək olar ki, bu tamaşaların 15-də hazırlaşmadan çıxıb oynamışam.
- Yaxşı onda deyin görək, necə xarakter yaratmaq istərdiniz?
- Belə götürəndə, səhnədə və kinoda bütün xarakterləri yaratmışam, komediyada da oynamışam, faciədə də. Azərbaycan səhnəsində "Oqtay Eloğlu”ndan tutmuş "Cavid ömrü” filminə qədər ən gözəl filmlərdə çəkilmişəm.
- Filmdə bir əclafı yaradardınızmı? Ümumiyyətlə, sizin üçün rolun mənfi ya müsbət olmasının fərqi varmı?
- "Bakıfilm” kinostudiyasının çəkdiyi "Seçilən” filmində prezidentə sui-qəsd hazırlayan beynəlxalq terrorçu Zorik Babayan rolunu oynamışam. Hesab edirəm ki, oynadığım rolar arasında Babayandan əclafı ola bilməz. Bu rolla kifayət qədər nifrət oyada bilmişdim. O ki qaldı, rolun müsbət, ya mənfi olmasına, peşəkar aktyor üçün bunun əhəiyyəti yoxdur. Nədənsə, qismətimə daha çox mənfi obrazlar düşür(Publika.az).
.jpg)

.jpg)
.jpg)
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb