20-12-2014 [10:19]
Mia.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, şikayətçilər Elçin Zülfüqar oğlu Babayev, Ədalət Dövlət oğlu Mikayılov və Mehdi Vaqif oğlu Həsənov yazırlar ki, Ömərovlarla 2005-ci ildə şərikli tikinti işləri aparmaq qərarına gəliblər.
"Ələsgər Ömərov tikinti biznesinə girdiyini və bizə də bu işdə onunla şərik olmağı təklif etdi. O, hətta böyük qardaşı İsmayıl Ömərovun da onunla birgə bu işdə şərik olduğunu bildirdi. İsmayıl Ömərov həmin dövrdə İctimai Televiziyanın baş direktoru vəzifəsində çalışırdı. Ələsgər gördükləri iri həcmli işlərdən, qardaşı İsmayılın dövlət qulluğunda olduğu üçün bu işlərə yalnız kənardan şəriklik etdiyini və nəzarət etməklə bərabər, hər cür köməklik göstərdiyini, maliyyə işlərinə isə birbaşa rəhbərlik etdiyini bildirib bizi birgə işləməyə, birlikdə sərmayə qoymaqla işləri daha da genişləndirməyə dəvət etdi. Bu işdə qardaşı İsmayılın da şəxsi razılığı olduğunu bildirdi” - deyə, məktub müəllifləri yazırlar.
Şikayətçilər qeyd edirlər ki, Ə.İsmayılov bundan sonra onları Tiflis prospekti, Diaqnostika Mərkəzi ilə "Qaçqınkom”un arxa hissəsində yerləşən və 2 hektara yaxın olan sahədə apardıqları tikinti işinə şərik edəcəklərini söyləyib: "Ələsgər həmin ərazidə 45 ədəd villa tikiləcəyini, burada şəriklər olduğunu, lakin həmin şəriklərin hamısını bir növ eyni ailənin üzvləri olduğunu bildirdi. Belə ki, tikinti şirkətinin əmisi oğlu Alim Ömərovun adına olması haqda və tikintinin sənədlərini göstərdi. Dedi ki, tikinti bir neçə il davam edəcək və buna görə də biz pulları hissə-hissə də verə bilərik. Bu isə bizi ürəkləndirdi. Hətta Ələsgər 45 ədəd villanın necə bölündüyünü də açıqlamışdı. Bölgüyə görə İsmayıl Ömərov, Ələsgər Ömərov, Alim Ömərov, Akifə Ömərov və İsmayılın yaxın dostu olmaqla hər birinə 9 villa düşürdü. Bizi isə İsmayıl və Əlsəgər Ömərovlara məxsus olan 18 villadan 4 ədədinə şərik ediləcəkdik. 4 ədəd villaya görə biz 950 min manat pul ödəməli idik. O, hətta digər şəriklərin də sənədsiz bu işə şərik olduğunu, hamının bir-birinə böyük inamının olduğunu deməklə sözlərinin səmimiliyini sübut etmək üçün atası Abbasın goruna, həyat yoldaşı və 2 qızının namusuna, İsmayılın və oğlunun canına and içib bizi İsmayılla da görüşdürəcəyini bildirdi. Bir insan kimi belə anda inanmaya bilməzdim”.
Məktub müəllifləri yazırlar ki, bir villa bütün izafi xərclərlə birgə 230-235 min manata başa gəlib və buna görə də Ə.Ömərova 500 min manat 2005-ci ildə, 450 min manat 2007-ci ildə veriblər: "Ələsgər bir müddət sonra bizə bildirdi ki, İsmayıl tapşırıq verib ki, həmin pulların yerinə bizə təzə tikdikləri digər obyektlərdən pulları 100 faiz ödəməklə müqavilələr verilsin. Hətta 500 min manatın 275 min manatına da təzə tikililərdən olan ”Fateh" MMC-nin adından 1100 kvadrat metr mənzillərin müqavilələri təqdim edildi. 500 min manat vəsait notarius vasitəsi ilə qeydə alındı, 450 min manat üçün isə 2 ədəd müqavilə - qeyri-yaşayış sahəsinin sənədləri bizə təqdim edildi.
Ələsgərə etirazımı bildirən zaman o, Alimin oğlu ilə öz qızı arasındakı nişan məsələsinin pozulduğu üçün 2 qardaş və əmi oğlu arasında müvəqqəti səriklik olduğunu dedi. Ona görə də müqavilə təqdim etməklə bizi bir qədər səbr etməyi, hətta İsmayılın da çox xahiş etdiyini bildirdi. Aramızda olan münasibətə görə biz bu işə çox da əhəmiyyət vermədik. Hətta bir müddətdən sonra Ələsgər İsmayıl tərəfdən 1 ədəd villanın 600 min manata satıldığını bizə bildirdi. Bizə 300 min manat pul çatacağı halda o, 2 il müddətinə bizə 200 min manat verib, qalan pulları tikintinin sürətləndirilməsinə yönəltdiklərini bildirdi. Beləliklə bizim verdiyimiz pulun məbləği 750 min manat və şərik olduğumuz villaların sayı 3-ə düşdü. Biz villaları adımıza keçirməyi xahiş etdik. Ələsgər yenə də özünün və İsmayılın adından xahiş edib bir qədər də dözməyi, hətta bəyəndiyim 3 villanı nişanlamağı belə təklif etdi. 2009-cu ildə qardaşlar Hüseyn Cavid prospektində 8 binadan ibarət böyük bir kompleksin tikintisinə başladılar. Hətta Ələsgər məndən bu işə də şərik olmağı təklif etdi. Lakin mən etiraz etdim. Amma ona kömək etmək məqsədi ilə 2011-ci ildə 260 min manat verib 2 ədəd 3 və 4 otaqlı mənzil aldım. 3 otaqlı mənzil olan bina artıq tamamlanırdı. 4 otaqlı isə tikilmək üçün hazır vəziyyətdə idi. Əlavə olaraq mən Ələsgərə tikintiyə kömək məqsədi ilə 100 min manat da verdim. Aldığım hər 2 mənzilin müqavilələrinin pulu 100 faiz ödənilməklə mənə təqdim edildi. Lakin villaların adımıza keçirilməməsi sonda aramızda böyük mübahisənin başlanmasına səbəb oldu".
Məktub müəllifləri yazırlar ki, 2012-ci ildə Ömərovlarla aralarındakı söhbəti birdəfəlik həll etməyə çalışıblar: "Ələsgərə dedim ki, əks halda bütün münasibətlərimiz pozulacaq. 3 ay müddətində bu məsələni 100 faiz həll edəcəyini, hətta İsmayılın da çox narahat olduğunu bildirdi. Söz verdi ki, bu müddətdə Alimlə mütləq barışacaq və 3 müqaviləni bizə təqdim edəcək. Lakin Ələsgər qəflətən rəhmətə getdi. Hüzr məclisində eşitdiyim bəzi sözlər məni narahat etməyə başladı. İsmayılın xahişinə görə aramızda olan münasibətlər barədə həmin vaxta qədər hətta Alimlə belə söhbət etmirdim. Lakin Ələsgərin ölümündən sonra məcburiyyət qarşısında Alimdən məni İsmayılla görüşdürməyi xahiş etdim. İsmayılla 2014-cü ildə görüşə bildim və mənə aydın oldu ki, qardaşlar tərəfindən aldanmışam. Onlar mənə sənədlə verdikləri mənzil və qeyrı-yaşayış obyektlərini 2-ci şəxslərə sataraq dələduzluqla məşğul olublar. Pulların verildiyi tarixlə indiki zaman müddətində indeksasiya aparılmasını və bizim nə qədər məbləğ itirdiyimizi araşdırmağı və bərpa etməyi xahiş edirik.
İsmayıl mənimlə bir dəfə görüşdükdən sonra düz olduğumu, bütün sənədlərimin yerində olduğunu görüb məndən qaçmağa başladı. Budur Ömərov qardaşlarının bizim başımıza açdığı oyunlar. Mən artıq hər şeyimi itirmişəm, maddi və mənəvi cəhətdən məhv edilmiş bir insan kimi son ümid yerim sizləri bilərək müraciət edirəm. Məni və yaxınlarımı aldadaraq əlimizdən aldıqlarını qaytarmaq üçün Ələsgər və İsmayılın kifayət qədər əmlakı vardır. Hazırda Ələsgərin yerinə onun biznesinə İsmayıl rəhbərlik edir, kim güclüdürsə, arxasında dayağı varsa onların bütün tələblərini yerinə yetirir. Bizim kimi dayağı olmayan insanları saymır, şəxsən mənim telefon zəngimə belə cavab vermir. Xahiş edirəm, bizim aldadılaraq əlimizdən alınmış maddi vəsaitlərimizi bərpa edin. Bizi bürokratik qurumların əllərinə salmayın".
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var