Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR

img

29-04-2024 [12:53]


Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.

Rayon ərazisində təsdiq olunmuş qrafik üzrə Sahə inzibati ərazi dairələri üzrə ünvanlarda Rayon İcra Hakimiyyətinin Asif Əsgərov tərəfindən 2024-cü ilin aprel ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Keçirilən səyyar qəbul və görüşlərdə 500-dən çox sakinin iştirakı ilə 40-dan çox müraciət dinlənilmişdir.

Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və  köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, binaların, xüsusilə fasadların təmir olunması, mənzil növbəsinə götürülmə, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin, liftin təmiri, küçə və həyətlərin işıqlandırılması, həyətlərdə mühafizə kameralarının  və quraşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlərlə bağlı olmuşdur.

Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.

Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, xüsusilə “Yaşıl dünya naminə həmrəylik ili”  ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR